Yuxarı

Uşaqları parçalayan, qadınları boğan “ölüm mələyi”

Uşaqları parçalayan, qadınları boğan “ölüm mələyi”

olum meleyi1Nasist düşərgələrində məhbuslar üzərindəki qorxunc tibbi təcrübələrilə tanınan nasist həkim Josef Mengelenin tanıyırsınızmı? Mengelə “sən sağa keç, sən sola, sən sağa, sən sola” deyərək insanları birbaşa ölümə göndərirdi. Həm də elə bir ölüm ki, ya yanaraq, ya da kimyəvi qaz dolu bir otaqda nəfəs belə almayaraq... Cebhe.info xəbər verir ki, söhbət “Sən sola keç, sən isə sağa” ifadəsi ilə minlərlə insanı öldürməyə gücü çatan adam, yəni “Ölüm Mələyi” təxəllüsü Josev Mengeledən gedir.

Mengele ailə münasibətləri baxımından ağır günlər keçirərək böyüyən uşaq olub. Atası sərt və nizam-intizamlı bir adam olan Mengele atasını soyuq, uzaq və yalnız öz işi ilə məşğul olan adam kimi təsvir edib. Nə qədər sevgi və hörmət görməmiş olsa da, yaşadığı kənddə incə və gülərüzlü biri kimi tanınır, dəqiqliyi və davranışı ilə hər kəsdən tərif alırdı. Geyiminə də diqqət göstərməyə kiçik yaşlarından başlamışdı. Şəxsi tikilmiş kostyumun yanında taxdığı ağ əlcəklər də onun simvolu halına gəlmişdi. “Auschwitzin” düşərgəsindən sağ çıxmağı başaranların dediyinə görə, onu digər həkimlərdən ağ əlcəkləri fərqləndirirdi.

“Auschwitz” düşərgəsindəki əsirlər üzərində dəhşətverici təcrübələr etmədən əvvəl Dr.Josef Mengele antropoloji ilə bağlı işlər görən çox məşhur bir antropoloq idi. Mengelenin Afrikanı gəzib insan qanı və virus nümunələri yığdığı, həyatı boyunca tək xəyalının müxtəlif irqlərin qanları arasındakı fərqliliyi sübut edən faktorları müəyyən etmək olduğu deyilir. Bütün bu işlərin nəticəsində də irqə məxsus vəba yaradan Mengele haqqında hər kəs dəhşətlə danışırdı. 'Auschwitz” deyə bir yer var və ora gedən insanlar ya dərhal, ya da bir müddət sonra öldürülürlər. Amma mütləq öldürülürlər... Məhz bu cümlə bir çox yəhudinin qulağına dəfələrlə çatmışdı. Günlərlə ac, susuz, yuyunmadan  hətta təmiz hava belə qəbul etmədən, ağzına qədər dolu yük qatarı ilə  daşınan onlarla insan “Auschwitz”in ortasındakı stansiyaya gətirilmişdi. Müharibə boyu nasistlərin yəhudi irqini məhv etmə kampaniyasından sağ qalmağı bacaran Macarıstan yəhudiləri təzə qurbanlar idi. Bura, yəni “Auschwitz” Polşanın cənub-şərqində olan yəhudi probleminin ən məhsuldar həll nöqtəsi idi. SS əsgərləri məhkumları enişdən aşağı doğru sürüyür, onları idarə edən isə oradakı dəlilik, əziyyət və ölümün içindəki bir SS zabiti idi. Yaraşıqlı bir üzü və incə gülümsəməsi var, qüsursuz tikilmiş forması diqqətlə təmizlənmiş və ütülənmişdi. Əlində bir qamçı var idi, amma onunla insanlara vurmaq yerinə, yalnız istiqamət göstərirdi, “Sağa və ya sola doğru”.

Minlərlə insana sobaya göndərən ölüm mələyi

Dustaqlar fərqində belə olmadan bu əsgərin “zərərsiz” hərəkəti ilə seçilirdi. Hələ işləyə biləcək olanlar halsız vəziyyətə düşəndən sonra tez qaz otağına və ya sobalara göndəriləcək deyə ayrılırdılar. Sağ tərəfə gedənlər hələlik yaşamağa davam edəcəkdi, sol tərəfə gedənlər isə məhkəmə və ya istintaq olmadan sadəcə, bir baxışla ölümə məhkum edilmişdilər. Oradakı bütün məhkumların taleyinə qərar verən adam Josef Mengele idi, yəni ölüm mələyi...

Təcrübəyə apardığı uşaqları daha sonra ...parçalayırdı

“Auschwitz” düşərgəsində, insanlar üzərində etdiyi təcrübələrlə “ölüm mələyi” olaraq tarixə keçmiş bu adamın, təxminən, iki milyon insanın ölümündən məsul olduğu deyilir. Yalnız yəhudilər üzərində deyil, homoseksuallar, qaraçılar, əlil və yaddaş problemi olan insanların üzərində də təcrübələr edir, alman irqindən olmayanları nasistlərin fikirlərindəki formaya salmaq üçün də işlər görürdü. Bunlardan başqa Mengele uşaqların üstündə təzyiq testi, xədim etmə, müqavimət, dərman testi kimi təcrübələr etmişdi. Laboratoriyaya aparmaq üçün şirniyyat, şokoladla aldatdığı uşaqları təcrübə sonrası parçalayaraq öldürən də o idi. “Auschwitz”in bir kamerasında başlayan bit epidemiyasını da qaz ilə o, “həll etmişdi”. Bitlənən 750 qadını bitləriylə birlikdə öldürən bir nasist doktoru idi.

İnsanları quyudakı alovların içinə atır və seyr edirdi

Rəngli gözlü uşaqların gözlərinə bir sıra kimyəvi maddələr tökərək təcrübələr aparan, yeni doğmuş qadının sinələrini bağlayaraq, körpənin qida almadan neçə gün yaşaya biləcəyini görmək istəyəcək qədər da cani ruhlu bir həkim idi. Mengelenin vəhşi təcrübələrinə məruz qalan uşaqlardan biri olan İzak Qanonun illər sonra dediyi bu sözlər qan dondururdu:  'Mengele içəri girdi. Narkoz etmədən qarnımı yardı və tək böyrəyimi kəsərək əlinə aldı. Böyrək onun əlində başı kəsilmiş toyuq kimi qıvranırdı. Mən isə acından səsim çıxdığı qədər qışqırırdım”. İzakın təcrübə olaraq istifadə edilməyə zorlandığı tək hadisə bu deyildi. Ən sonunda qaz otağına göndərildi və tutumu 200 olan qaz otağının önündə əlində 201 yazısı olan kağızın sayəsində ölməkdən xilas oldu. Ancaq anası və bacısı onun qədər şanslı deyildi... “Auschwitz”dən sağ çıxan bir başqa şahidin sözlərinə görə,  yenə belə bir quyu qazılmışdı və hər tərəfi yandırılmışdı. 10 ədəd yük maşını ilə uşaqlar gətirilmiş və uşaqları getdikcə böyüyən alovların ortasındakı quyuya atdırmışdı. Çolə çıxmağa çalışan uşaqları isə bir əsgər əlindəki dəyənəklə yenidən quyunun içinə atırdı. Hoess (“Auschwitz”in komandiri) və Mengele isə çox məmnun halda seyr edirdilər ...

Ölümə qalib gəlmək istəyərkən ...tabe oldu

Günahsız, minlərlə qurbanlara verdiyi psixoloji və fiziki işgəncələrin sayı və dəhşəti getdikcə çoxalırdı. Psixoanalitik Tobias Brocherin fikirlərinə görə,  “ölüm mələyi” acı verməkdən deyil, ölüm və həyat arasında qərar verən səlahiyyətli adam olmaqdan, bu gücə sahib olmaqdan zövq alırdı.

Josef Mengele 17 yanvar 1945-ci ildə rus ordusunun Almaniyaya girməsilə “Auschwitzin”dən qaçdı, Argentinaya sığındı və demək olar ki, unuduldu. 17 yanvar 1985-ci ildə “Auschwitz”in xatirələr sayəsində təkrar gündəmə gəldi. Bir anda bütün dünya televiziyalarında ona dair xəbərlər və görüntülər göstərildi və hər kəs yaşanan vəhşiliyi öyrəndi. Axtarış işləri yenidən başladıldı. 31 may 1985-ci ildə Mengelenin köhnə bir dostu və Avropadakı əlaqə nöqtəsi olan Hans Sedlmeyerin evinə edilən basqın vaxtı yazdığı bir neçə məktub ələ keçirildi. Braziliyada olduğu öyrənilmişdi, səlahiyyətlilərə xəbər verildi və bir həftə içində yanında qaldığı ailə və məzarı tapıldı.

O, 1979-cu ildə boğularaq ölmüşdü. Cəsədin qalıqları ekspertizaya göndərildi. Həqiqətən ona məxsus olduğu ortaya çıxdı. Mengelenin qurbanları uzun müddət onun öldüyünü inkar edib, döyüşdə və sonrasında əziyyətini çəkdikləri bu adamdan intiqam alma zamanının gəlməsini gözləyirlər. Amma Mengele uzun zaman üzərində hakimiyyət qurmağa çalışdığı şeyə məğlub olmuşdu - Ölümün özünə.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları