Yuxarı

İslam dünyası müharibə astanasında

İslam dünyası müharibə astanasında

Məzhəb savaşı regionu məhvə aparır

[caption id="attachment_3174" align="alignleft" width="239"]610x380xrazi.jpg.pagespeed.ic.c-_4Xvh1qV AXCP sədri Razi Nurullayev: “Azərbaycan tərəf tutmamalıdır”[/caption] [caption id="attachment_502" align="alignleft" width="202"]arzu_nagiyev_260414 Tofiq Abbasov: “Bölgədə liderlik uğrunda mübarizə gedir»[/caption] [caption id="attachment_481" align="alignleft" width="223"]tofiq Abbasov Arzu Nağıyev: “Hadisələrin iştirakçısına çevrilirik”[/caption]

Səudiyyə Ərəbistanı ilə İran arasında olan münaqişə getdikcə kəskin xarakter almağa başlayır. Təbii ki, bu əsasən İslam dünyasını, eləcə də Azərbaycanı narahat etməyə bilməz. Hər iki dövlət rəhbərlərinin kəskin açıqlamaları onu deməyə əsas verir ki, problem tezliklə öz həllini tapmayacaq. Qeyd edək ki, İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanını diplomatik münasibətlərin kəsilməsinə görə kəskin tənqid edib. İranlı dövlət başçısı qonşu dövləti “cinayətkar” adlandırıb.

Rəsmi Ər-Riyad isə şiə lideri Nimr ən-Nimrinin və daha 46 nəfərin edamını “ədalətli və düzgün” məhkəmə qərarı əsasında icra etdiklərini bildirib.

BMT Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəd şəhərindəki konsulluğuna edilən hücumlara görə isə, İranı tənqid edən bəyanat yayıb.

Təhlükəsizlik Şurası İrandan ərazisindəki diplomatik obyektləri qorumağa və beynəlxalq öhdəliklərini tam yerinə yetirməyə çağırıb.

Məsələyə münasibət bildirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev bildirib ki, əslində, Səudiyyə Ərəbistanı ilə İran arasında olan münaqişə indi başlamayıb: “Bu münaqişə hər  zaman davam edib. İndi isə şiə şeyxi Nimr ən-Nimrinin öldürülməsindən sonra münaqişə açıq müstəviyə keçib. Bu mübarizəni bir neçə hissəyə bölmək lazımdır. Birincisi, Yaxın Şərqdə - İranla ərəb ölkələri arasında regionda liderlik uğrunda mübarizə gedir. İkinci mübarizə isə məhz İslam dünyasında kimin söz sahibi olması ilə bağlıdır. İran özünü İslam dünyasının “ağa”sı sayır. Özünü müsəlman dünyasının avanqardı və öndə gedən lider dövləti kimi göstərir. Səudiyyə Ərəbistanı isə həm İslam tarixinin 14 əsr bundan qabaq məhz Səudiyyə torpaqlarında yaranmasını  əsas gətirərək və bütün müqəddəs ziyarətgahların da Səudiyyə Ərəbistanında olmasını əsas gətirərək özünü İslam dünyasının lideri hesab edir. Bu məsələ iki ölkə arasında hər zaman ciddi münaqişələrə və söz atışmalarına səbəb olub. Təbii ki, Səudiyyə Ərəbistanı sünni məzhəbinə aid olan bir dövlətdir.  İranda isə şiə məzhəbi hakimdir. Təbii ki, zaman-zaman məhz bu məzhəblərin gündəmə gəlməsi, məzhəblər uğrunda mübarizə inkişaf edərək artıq siyasi bir məsələyə çevrilib. Təbii ki, bu, İslam dünyasında ciddi parçalanmaya gətirib çıxarır. Müsəlmanların bir-birinə nifrət etməsinə, bir-birini öldürməsinə səbəb ola bilər. Demək olar ki, hazırda müsəlman dünyasında bir parçalanma daha da dərinləşməkdə, təhlükəli xarakter almaqdadır”.

O əlavə etdi ki, bu prosesdə daha çox İranın təklənməsinə gətirib çıxara bilər: “Çünki İran şiə dövləti kimi tanınır. Amma 22 ərəb dövləti var və bunlar Səudiyyə Ərəbistanını müdafiə etməli olacaqlar. Çünki məzhəb yaxınlığı baxımından bu addım atılacaq. Əlavə olaraq hazırda Səudiyyə Ərəbistanı Qərblə və Birləşmiş Ştatlarla da yaxın münasibətdədir.

Bu baxımdan onlar Səudiyyə Ərəbistanına kömək edəcəklər və yaxud səhnə arxasında onun tərəfini saxlayacaqlar. Əslində, mən hesab edirəm ki, bu, İslam dünyasına qarşı olan bir təhlükədir. Bu müsəlman dünyasında növbəti parçalanmalara, məzhəb müstəvisində nifrətə gətirib çıxara bilər və bu da bizim hər birimiz üçün narahatlıq yaratmalıdır”.

Azərbaycanın hansı mövqe tutmasına gəlincə isə, AXCP sədri “Azərbaycanın Səudiyyə Ərəbistanı ilə İran arasında olan münaqişəyə qarışacağı düşüncəsində deyiləm”,- deyə bildirdi: “Azərbaycan Avropa dövlətləri kimi hər iki tərəfin danışıqlar yolu problemi həll etməsinə çağırış edəcək. Azərbaycanın bu məsələdə tərəf tutması təbii ki, real görünmür və real olmamalıdır”.

Politoloq Tofiq Abbasov isə deyib ki, Ər-Riyad və Tehran birbaşa olmasa da, dolayı yollarla bölgədə liderliyi ələ almaq üçün sistemli mübarizə aparırlar. Onun sözlərinə görə, bəzi fövqəl-qüvvələr bilərəkdən məzhəb müharibəsinə şərait yaradırlar: “Səudiyyənin 34 dövlətdən ibarət yaratdığı beynəlxalq koalisiya İran və onun müttəfiqlərinə qarşıdır. Bəhreyn və Sudanın İranla diplomatik münasibətləri pozması Səudiyyəyə açıq dəstək anlamına gəlir. Türkiyə də bölgədə nüfuz sahibi kimi öz seçimini Ər-Riyaddan yana edib. Görünür, Ərdoğanın Ər-Riyada səfəri zamanı gərgin gedişat müzakirə edilib və birgə qərar qəbul edilib”.

 Politoloq hesab edir ki, Ankara Ər-Riyaddan maddi dəstək umduğundan hazırda Rusiya-İran birləşməsinə qarşı birgə hərəkət edirlər: “Diqqət çəkən odur ki, Səudiyyənin yaratdığı 34-lər koalisiyası terrorla mübarizə adı altında Yəməndə husilər, Livanda hizbullahçılar, Bəhreyndə isə şiələri hədəfə alacaq”.

T.Abbasov Yaxın Şərqin hazırda qlobal dünyanın müqəddəratı üçün strateji əhəmiyyət daşıdığını deyib: “Fəal və çevik diplomatiya ən yaxın zamanda öz sözünü deməli olacaq. Səudiyyə ilə Amerika arasındakı soyuqluq da bu kontekstdə diqqəti çəkir. Çünki bu ərəb ölkəsi İran nüvə problemi ətrafındakı sazişi qəbul etmədi və indi bu səbəbdən müstəqil siyasət aparmaq qərarına gəlib. Lakin Ər-Riyad da o dərəcədə çevik siyasət aparmaq iqtidarında deyil, buna görə də fəal koalisiya taktikasını həyata keçirməyə çalışır. Səudiyyə bütün gələcək addımlarını ciddi şəkildə ölçüb-biçməlidir”.

Siyasi ekspert Arzu Nağıyev dedi ki, Azərbaycan da regionda baş verən bütün hadisələrin istər-istəməz iştirakçısına çevirilir: “İran bizim yaxın qonşumuzdur və milyonlarla həmvətənlərimiz orada yaşayır. Səudiyyə Ərəbistanı isə bizimlə strateji əməkdaş dövlətdir və Ermənistanla diplomatik əlaqəsi mövcud olmayan müsəlman dövlətlərindən biridir. Qarşıdurmalara gəldikdə isə bu tək məzhəb ayrılığı ilə və ya bu səbəbdən yaranan qarşıdurma deyil. Burada iqtisadi və siyasi məsələlər də mühüm rol oynayır. Səudiyyə Ərəbistanı Türkiyəyə 600 yüz milyarddan çox yatırım qoyulması ilə bağlı bəyanat verdi, İran isə sanksiyalardan sonra ilk neftini satdı və gəlir əldə etməyə başladı”. “Türkiyə-Rusiya qarşıdurması davam edir və Rusiya İranla müttəfiqdir. Bundan istifadə edən Rusiya barışdırıcı mövqe tutmağa çalışır. Yəni, Səudiyyə Ərəbistanındakı şiə liderinin qətli və əksinə İranda səfirliyin dağıdılması bir bəhanədir. Bundan başqa Səudiyyə Ərəbistanında əsas neft yataqlarının yerləşdiyi ərazilərdə şiələr yaşayır. Bir sözlə regionda baş verən siyasi böhranın balanslı siyasət yürüdən Azərbaycanda öz əksini tapması inandırıcı görünmür”.

O qeyd edib ki, ona qalsa, sünni blo

kunun lideri sayılan Səudiyyə Ərəbistanı Azərbaycanın müttəfiqidir, işğal amilinə görə, Ermənistanla diplomatik münasibətləri yoxdur, halbuki, şiə İran işğalçı dövlətlə münasibətləri də var, hələ yeni qaz kəməri çəkməyi də planlaşdırır: “Buna baxmayaraq, Səudiyyə Ərəbistanı-İran gərginliyində neytral qalmalıyıq, ən yaxşı halda vəziyyətdən “biz Azərbaycana yaxın olan bu iki dövlət arasında münasibətlərin danışıqlar yolu ilə həllini arzulayırıq” açıqlamasıyla çıxmalıyıq”.

Cavad





Həftənin ən çox oxunanları