Yuxarı

AXCP sədrinin müavini: “İqtidar təkliflər paketini dəyərləndirməlidir”

AXCP sədrinin müavini: “İqtidar təkliflər paketini dəyərləndirməlidir”

Ehtiram Mehtiyev"Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkənin düşdüyü böhran vəziyyətindən çıxış yolları ilə bağlı hələ bir neçə ay bundan əvvəl təkliflərlə çıxış etmişdi. Bu günlərdə isə həmin anti-böhran təkliflərini paket formasına salaraq biz ictimaiyyətə və hökumətə təqdim etdik".  Bunu “Cümhuriyət” qəzetinə açıqlamasında AXCP sədr müavini Ehtiram Mehtiyev partiyanın cəmiyyətə və hökumətə təqdim etdiyi təkliflər paketinə münasibət bildirərkən deyib.

E.Mehtiyev qeyd edib ki, iqtidar onların təqdim etdiyi təkliflərə hər zaman qısqanclıqla və yuxarıdan aşağı baxıb: "Bu gün biz xalqımızı, dövlətimizi düşünərək bu addımı atırıq. Hesab edirəm ki, bizim hazırladığımız təkliflər paketidə yer alan məsələlərin həll olunması Azərbaycanın gələcəyi üçün çox vacibdir.

Bu təklifləri hazırlamaqda partiyanın məqsədi ölkəni böhrandan çıxarmaq üçün hökumətə müəyyən dəstək verməsidir. Eyni zamanda, bu təkliflər proqramının geniş müzakirəyə səbəb olması işimizin effektivliyindən xəbər verdi. Partiyamızın bu təkliflər paketini hazırlamaqda məqsədi daxili istehsala nail olaraq, idxal xərclərini azaltmaq və zaman-zaman bəzi komponentlərin Azərbaycanda istehsalını təşkil edərək, həm məhsulun maya dəyərini aşağı salmaq, həm də yeni iş yerləri yaratmaqdır.

Sədr müavini onu da bildirir ki, hazırladıqları təkliflər hazırkı dövr üçün ən prioritet məsələdir: “Bizim ilk olaraq, turizimlə və daha sonra ağır və yüngül sənayenin inkişafı ilə bağlı hazırladığımız təkliflər cəmiyyətdə çox yüksək qiymətləndirildi. Qeyd edim ki, artıq bu təkliflər hökumətə təqdim olunub. İnanıram ki hökumət ölkənin bu ağır vəziyyətini nəzərə alaraq verdiyimiz bu təklifləri qiymətləndirib həyata keçirəcək. Hesab edirəm ki, ölkənin bu ağır böhran vəziyyətindən çıxarmaq üçün nəinki müxalifət, hər kəs səfərbər olmalıdır. Böhrandan çıxmaq üçün təkliflər paketi hazırlayaraq hökumətə təqdim etməlidir və hökumət də bu təklifləri araşdırıb vacib bildiklərini dəyərləndirməlidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları