Yuxarı

Əli Kərimli düşərgəsində ŞOK gəlişmə!

Əli Kərimli düşərgəsində ŞOK gəlişmə!

İbrahim İbrahimli və Cəmil Həsənli gəlir, Fuad Qəhrəmanlı gedir 10578768_854921057851574_1355847235_n  Qarşıdan gələn parlament seçkiləri siyasi qüvvələrdən toparlanmağı, güclərini səfərbər etməyi tələb edir. Elə Azərbaycandakı siyasi partiyalar da hazırda məhz bu işlə məşğuldur. AXCP-də isə daxili böhran pik həddindədir. Əli Kərimlinin şəxsi ambisiyaları və avtoritar idarəçiliyi AXCP-də dərin böhran yaradıb. Artıq onun rəhbərlik etdiyi qanadla münasibətlərini kəsənlərin və fəaliyyətlərini AXCP-nin digər qanadında davam etdirənlərin sayı durmadan artır. Əli Kərimlini tərk edənlərin böyük əksəriyyəti gənclərdi və onlar sabiq sədr müavini Razi Nurullayevin rəhbərliyi ilə yaradılmış AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə daxil olurlar. Əldə etdiyimiz məlumata görə, indiki zərbədən qurtulmaq üçün Əli Kərimli böhrandan çıxış yolları üzərində düşünür. Mənbəmizin bildirdiyinə görə, Kərimlinin gizli planlarından biri də bütün gücünü səfərbər edərək, əlində girov saxladığı Cəmil Həsənlinin və heç bir partiyanın üzvü olmayan İbrahim İbrahimlinin sədr müavini gəlmələrinə çalışır ki, seçkilərə qədər heç olmasa müəyyən fon yarada bilsin. Cəmil Həsənlinin AXCP-yə qayıtması daha asan proses olsa da, (xatırladaq ki, bu tarixçi alimi məhz Kərimlinin ambisiyası partiyadan kənarlaşdırıb) daha çox İbrahim İbrahimlinin gəlişinə üstünlük verilir. Siyasi intriqalar ustası olan Kərimli Cəmil Həsənlinin rəhbərlik etdiyi AXCP-yə gəlişindən sonra Milli Şuranın sədrliyindən getməli olduğunu anlayır, ona görə bu variantı sona saxlayıb. Mənbəmizin sözlərinə görə, hazırda İbrahim İbrahimli ilə ciddi danışıqlar gedir. Əli Kərimlinin ona AXCP sədrinin birinci müavini postu təklif etdiyi deyilir. (Elə buradaca onu xatırladaq ki, İbrahim bəy 93-cü il olaylarından sonra AXCP sədrinin birinci müavini postunu daşıyıb və Əli Kərimlinin şantaj və intriqalarının nəticəsi olaraq partiyadan uzaqlaşıb). скачанные файлы Daxil olan məlumatlarda xüsusi diqqət çəkən Əli Kərimlinin gizli planlarına qarşı partiya daxilində, xüsusilə onun yaxın ətrafında yeni ciddi etirazların olmasıdır. Belə ki, yeni müavin təyinatının onu arxa plana keçirəcəyini bilən Fuad Qəhrəmanlı İbrahim İbrahimlinin partiyaya gələcəyi halda Kərimli üçün şok sürpriz hazırlamaq niyyətinə düşüb. Bu haqda məlumatlı olan mənbəmiz deyir:  “Fuad Qəhrəmanlı gizli tərəfdaşlar toplamaq istəyir və onları Ə.Kərimlinin əleyhinə qaldırmağa hazırlayır. Hətta, F.Qəhrəmanlı bu barədə hələ ki, Razi Nurullayevi dəstəkləməyən bəzi rayon şöbə sədrləri və məclis üzvləri ilə də danışıqlar aparıb. F.Qəhrəmanlı bu iddiasını müxtəlif yollarla Kərimliyə də çatdırıb. Ümumiyyətlə, F.Qəhrəmanlı siyasi proseslərdə zəifliyini, itib-batdığını, müstəqil söz sahibi olmadığının fərqində olduğunu göstərmək istəyir və dolayısı ilə artıq bitməkdə olan Əli Kərimlinin rəhbərlik etdiyi gəmidən uduşla çıxmaq üçün yollar arayır. Cəbhəçilərin onlardan üz döndərdiyini və bu situasiyanı təhlil edən F.Qəhrəmanlı ona görə də partiyadan ayrılmaq niyyətindədir. Əldə olunan məlumatda o da qeyd olunur ki, F.Qəhrəmanlı ayrılarsa, yeni partiya yaratmaq üçün münasibətdə olduğu və onu idarəedənlərlə də mütəmadi görüşlər keçirir. Eyni zamanda hakimiyyətin bir qanadından ona planlarınn həyata keçirmək üçün daha çox yardım ayrılmasını istəyib. Ərtoğrul Hüseyn  





Həftənin ən çox oxunanları