Yuxarı

“Əli Kərimlinin gözü İnsanovun pulundadır”

“Əli Kərimlinin gözü İnsanovun pulundadır”

[caption id="attachment_1171" align="alignleft" width="348"]IMG_0337 Razi Nurullayev: “Əli İnsanovun o adamlarla birgə mübarizə aparması mümkün deyil”[/caption]

Müxalifət mediasında hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun müxalif cəbhənin vahid lideri olacağı haqda məlumatlar yayılıb. Yayılan xəbərlərdə Əli İnsanovun AXCP və Müsavat başda olmaqla bir sıra siyasi təşkilatların birləşəcəyi, yeni siyasi blokun lideri olacağı iddia olunurdu.

Məsələyə  Ölkə.az-a verdiyi videomüsahibəsində AXCP sədri Razi Nurullayev də  münasibət bildirib. AXCP sədri deyib ki, müxalifətin liderə ehtiyacı var: “Ancaq liderə ehtiyacı var deyə, müxalifət güclü deyil” fikri düzgün deyil. Əli İnsanova gəldikdə isə, hər bir Azərbaycan vətəndaşı kimi, o da hansısa siyasi qüvvənin lideri ola bilər. Kimlərsə onu lider kimi görə bilər. Amma mən xatırlayıram ki, zamanında Müsavat və Əli Kərimlinin partiyası Əli İnsanov haqqında, Əli İnsanov da müxalifət haqqında olduqca sərt fikirlər səsləndiriblər. Buna görə də ciddi tənqid olunub. Müxalifət tərəfindən sərt tənqidlərə, hətta təhqirlərə məruz qalan məmur, hakimiyyət tərəfindən “vurulandan” sonra müxalifətin dostuna çevrilir. Bunda problem görmürəm. İnsan hakimiyyətdən “vurulubsa”, düşərgəsini dəyişə bilər. Amma məhz zamanında onun tənqidə, təhqirə məruz qoyduğu adamların onun yanında yer alması onların xalq qarşısında verdiyi vədlərlə düzgün gələ bilməz. Bu baxımdan, bunu etik cəhətdən düzgün saymıram. Bu partiyalar Əli İnsanov uğrunda mübarizə aparırlarsa, onların səmimiyyətinə inanmıram. Bu, səmimi mübarizə, səmimi istək deyil”.

Zaman-zaman mediada Əli İnsanovun böyük pulları haqqında yazılar yazıldığını xatırladan Razi Nurullayev hesab edir ki, İnsanov uğrunda mübarizə aparanların sabiq nazirin pullarında gözü var: “Kimlərsə Əli İnsanovu müxalifətin yeni lideri görmək istəyirsə, onların İnsanovun pullarında gözü var. Şəxsən bizim Əli İnsanovun pulunda gözümüz yoxdur. Düşünürəm ki, bu, etikadan da kənardır. Eyni zamanda düşünürəm ki, Əli İnsanov pulunu boş yerə xərcləməz. Əgər onun pulu hələ də qalıbsa...

Azərbaycan hakimiyyətində olan hər bir nazirin böyük məbləğdə pulu var. Onlar qanuni və qanunsuz şəkildə varidat sahibi olublar. Amma hakimiyyətdən gedəndən sonra onların varidatları əllərindən alınıb. Buna qədər də belə cəhdlər olub. Hakimiyyətdə təmsil olunan, indi özlərini yarımüxalifət-yarıiqtidar kimi aparan məmurlar, nazirlər də müxalifətlə ciddi əlaqələr qurmayıbalr, ona maliyyə ayırmayıblar”.

Əli İnsanovun azadlığa qovuşmasını arzuladığını vuğrulayan AXCP sədri deyib ki, Əli İnsanovun sözügedən müxalifət liderləri ilə birgə mübarizə aparması mümkün deyil: “Çünki onlar mental cəhətdən, düşüncə baxımından fərqli insanlardır. Əli Kərimlini yaxından tanıyan adam kimi deyirəm ki, o, heç zaman özündən üstün adam görə bilmir. Əli İnsanov da bildiyim qədər təkəbbürlü, özünəinamlı insandır. O, Əli Kərimlinin, Əli Kərimli də onun liderliyini qəbul etməz. Ona görə də, belə bir proje varsa da, fiaskoya məhkumdur”.

Millət vəkili: “Qarabağın açarı Qarabağdadır”

“Minsk Qrupunun amerikalı turisti Ceyms Uorlik sonuncu açıqlamasında Qarabağın açarının kimin əlində olduğuna aydınlıq gətirib. İndiyədək verdiyi açıqlamalarla ciddi diplomat və üzərlərinə götürdükləri missiyanı yerinə yetirəcək gücdə olmayan adam təsiri bağışlayan Uorlikin bu haqda nəsə deməsi, açığı mənim üçün elə də maraqlı deyil”.

Bunu millət vəkili Sahib Alıyev bildirib. “Ancaq Qarabağın açarının kimin əlində olması məsələsi zaman-zaman qabardıldığından buna aydınlıq gətirmək istəyirəm. Bəziləri açarın Rusyada, başqa biri onun bir hissəsinin Rusiyanın, digər hissəsinin isə ABŞ-ın əlində olduğunu deyirlər. Qarabağın açarı kiminsə əlində deyil. Qarabağın açarı Qarabağdadır. Bizim vəzifəmiz həmin açara gedib yerində yiyələnmək və hazırda özlərini başqasının evinə soxulub, sonra qapını arxadan bağlayıb çıxaq istəməyən oğrular kimi aparan ermənilərə yerlərini göstərməkdir”, - deyə S.Alıyev bildirib.

Mənsur





Həftənin ən çox oxunanları