Yuxarı

Ankara terroruna görə 14 nəfər saxlanıldı

Ankara terroruna görə 14 nəfər saxlanıldı

ankara terrporTürkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan baş qərargahda Ankara terroru ilə bağlı çıxış edib. Musavat.com xəbər verir ki, çıxışı zamanı Ərdoğan hadisə ilə bağlı 14 nəfərin saxlanıldığını bildirib: "Hazırda 14 nəfər saxlanılıb. Düşünürəm ki, bu rəqəm 14 nəfərlə kifayətlənməyəcək, davamı gələcək"

Ankarada həyata keçirilən terror aktından sonra terrorçuların axtarışı davam edir.  AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri eyni zamanda 7 vilayətdə əməliyyatlar həyata keçiriblər. Partlayışı təşkil edən suriyalı Salih Necar ilə əlaqəsi olduğu öyrənilən 12 nəfər saxlanılıb. Ankara, Adana, Bolu, Tekirdağ və İzmirdə 1, İstanbulda 4, Diyarbəkirdə isə 3 nəfərin saxlanıldğı məlum olub.





Həftənin ən çox oxunanları