Yuxarı

Devalvasiyanın sərt üzü

Devalvasiyanın sərt üzü

Hansı layihələr yarımçıq qalıb?

[caption id="attachment_3607" align="alignleft" width="227"]Anar Necefli Anar Nəcəfli: “İşlər ayrılan vəsaitə uyğun olaraq aparılır”[/caption] [caption id="attachment_3608" align="alignleft" width="208"]Famil Qedimov Famil Qədimov: “Əsas prioritet pensiyaların vaxtında  çatdırılmasıdır”[/caption] [caption id="attachment_3609" align="alignleft" width="164"]Abbas Eliyev Abbas Əliyev: “İşlər davam etdirilir”[/caption]

Ötən gün Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR Bakının Qaradağ rayonu ərazisində yeni neft-kimya kompleksinin yaradılması layihəsinin “dondurulduğunu” bəyan edib. Neftin ucuzlaşması SOCAR-ı nəhəng layihəni dondurmağa məcbur edib. Bu barədə SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov “Reuters” agentliyinə bildirib. “Demək olar ki, yeni neft, qaz və kimya kompleksinin yaradılması layihəsi üzərində iş müvəqqəti dondurulub”-Qəhrəmanov deyib.

Səngəçal terminalı yaxınlığında inşa edilməsi nəzərdə tutulan neft-qaz və kimya kompleksi SOCAR-ın ən ambisiyalı layihəsi hesab olunurdu. Bu layihə üçün tələb olunan investisiyanın həcmi əvvəlcə 17 milyard dollar qiymətləndirilib. Lakin daha sonra layihənin konfiqurasiyasından neftayırma zavodu çıxarılıb və 8.5-9 milyard dollar investisiya hesabına Qaz Emalı və Neft Kimyası zavodlarının tikintisi nəzərdə tutulub.

Şirkətin vitse-prezidenti deyib ki, SOCAR bu layihəyə neftin qiymətinin yenidən normal səviyyəyə qalxması halında qayıda bilər. Hələlik isə şirkət büdcə vəsaiti hesabına Bakıdakı köhnə neftayırma kompleksinin modernləşdirilməyə hazırlaşır və bu işə 1.3 milyard dollar nəzərdə tutulur.

“Cümhuriyət” qəzeti bir sıra dövlət qurumlarından devalvasiyadan sonra neçə layihələrin davam etdirildiyini və neçəsinin müvəqqəti olaraq dayandırıldığını soruşub.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, büdcədən maliyyələşən təşkilat olduğuna görə, ayrılan vəsaitə uyğun olaraq təmir-tikinti, bərpa işləri həyata keçirilir: “Hər il nə qədər vəsait ayrılsa, işlər o vəsaitə uyğun olaraq aparılır. Digər beynəlxalq layihələrin hamısı davam etdirilir. Mövcud duruma görə, davam edən layihələrin heç birində dayanma yoxdur. Çünki bu layihələrə kredit sazişi əsasında vəsait ayrılıb. Bu sazişə əsasən bütün layihələr davam edir. Hazırda “Azəryolservis” ASC-nin dayanan layihələri yoxdur. Yeni layihələr üzərində danışıqlar aparılır. Bunlar respublika əhəmiyyətli müəyyən layihələrdir ki, onların icrası nəzərdə tutulub”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov bildirib ki, fondun əsas prioritet istiqaməti pensiyaların vaxtında pensiyaçılara çatdırılmasıdır: “Eyni zamanda məcburi dövlət sosial sığorta haqlarının toplanaraq sığorta olanların fərdi şəxs hesablarında əks olunmasıdır. Bu proses də öz axarı ilə gedir. Hətta fevral ayı üzrə pensiyaların ödənilməsini qrafikdən əvvəl maliyyələşdirmişik. Hansı ki, qrafikdə nəzərdə tutulmuş vaxtdan əvvəl bu məsələni reallaşdırmışıq. Beləliklə də, pensiyaçılarımız öz pensiyaların alıb. Fondda hər hansı bir layihənin dondurulması məsələsi yoxdur. DSMF-nun vəsaitləri ödəmək üçün büdcəsində vəsaiti də var”.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib ki, mövcud durumda nə dondurulmuş, nə də təxirə salınmış layihələr yoxdur: “Nazirliyin xətti ilə icra olunan layihələrnormal axını ilə davam etdirilir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları