Yuxarı

“Böhran koalisiyası” birliyə çevrilir?

“Böhran koalisiyası” birliyə çevrilir?

[caption id="attachment_415" align="alignleft" width="219"]Ehtiram Mehtiyev Ehtiram Mehtiyev: “Dağıdıcı mövqedə olanlar var”[/caption] [caption id="attachment_968" align="alignleft" width="226"]penah_huseyn_9_2 Pənah Hüseyn: “Hər hansı siyasi blok formasında mövcud deyilik”[/caption]

Azərbaycanda baş verən ikinci devalvasiya müxalifətin yeni birlik formatı yaratmaq zərurətini ortaya qoydu. Bu günədək pərakəndə şəkildə fəaliyyət göstərən siyasi partiyaların ayrı-ayrılıqda nəticə əldə edə bilməməsi fonunda devalvasiya müxalifətə birləşmək üçün yeni imkanlar yaratdı.

Bu baş verdi. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, KXCP sədri Mirmahmud Mirəlioğlu və ADR Hərəkatı yetkililərinin təşəbbüsü ilə anti-böhran koalisiyası elan olundu. İlk iclasında koalisiya geniş tərkibdə yığışsa da, sonrakı mərhələlərdə birliyin sıraları tədricən seyrəlməyə başladı. Təşəbbüs irəli sürüləndə bu demokratik düşərgənin eyni ideya ətrafında birləşməsi ümidini yaratdı. Sonradan daxildə baş verən çat isə bu birliyin də müxalifətin blok arxivinə gedəcəyi təəssüratını yaratdı. Lakin bütün bunlara baxmayaraq, koalisiya öz varlığını qoruyur. Müxalifətin bir sıra partiyaları gözləmə mövqeyindədir.

“...müzakirə edəcəyik”

AXCP sədrinin müavini Ehtiram Mehdiyev “Cümhuriyət”ə açıqlamasında bildirib ki, siyasi partiyaların anti-böhran koalisiyası adı altında bir araya gəlməsini müsbət hesab edir. E.Mehdiyev xatırladıb ki, ilk tədbirlərinə AXCP olaraq onları da dəvət etmişdilər: “Biz dialoq mövqeyindəydik və hesab edirdik ki, bu, doğru mövqedir. Hakimiyyətlə müxalifət arasında fərqli mövqelərlə bağlı müzakirələr olmalıdır. Kimlərsə Tbilisidə, Moskvada ermənilərlə görüşməyi doğru, öz hökuməti ilə müzakirələr aparmağı səhv hesab edirlərsə, bu, onların problemidir. Razılaşıram ki, ilk iclaslarında maraqlı mövzulara toxunmuşdular. Məqsədlərini anlamağa çalışdım. Görünən budur ki, dialoq prinsipini dəstəkləyən müxalifət artıq mövcuddur. Yəni onlar radikallardan fərqli olaraq, dövlətin ümumi marağında olan addımlar atmağa hazır olduqlarını sərgiləyirlər. Ancaq radikal müxalifət partiyaları düşərgədə ittiham etməklə, ideya oğurluğu ilə məşğul olmaqla, günlərini saymaqla yollarına davam edirlər. Hər halda sözügedən qarşıdurmanın davam edəcəyini indi də görmək mümkündür. Böhran koalisiyasında verilən qərarları uğurlu hesab etsəm də, gələcəkdə bunun davamlı olmasına şübhə ilə yanaşıram. Çünki təmsil olunan bəzi müxalifət liderləri birləşdirici mövqedən çox dağıdıcı mövqedə iştirak ediblər. Bizim isə öz mövqeyimiz var. Hal-hazırda partiyanın gələcək planları haqda düşünürük. Gələcəkdə anti-böhran koalisiyasına qoşulub-qoşulmamaq məsələsini partiyanın rəhbərliyində müzakirə edəcəyik”.

“Koalisiya siyasi blok formasında yoxdur”

Azərbaycan Xalq Partiyasının sədri, koalisiyanın təşkilatçılarından biri Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Cümhuriyət”ə açıqlamasında birlikdən gözləntilərinin olduğunu bildirib. P.Hüseynin sözlərinə görə, koalisiya hələlik siyasi birlik formasında yoxdur:

“Koalisiyanın hələlik təsis sənədləri yoxdur. Amma bu birliyin məqsədi məlumdur. İstər siyasi müxalifət, istər vətəndaş cəmiyyəti, istərsə də ayrı-ayrı ziyalıların ölkəni böhrandan çıxarmaqla bağlı səylərini koordinasiya etmək, müəyyən araşdırmalar aparmaq məqsədilə yaradılıb. Prinsip etibarilə bu gün hələlik hansısa siyasi blok kimi mövcud deyilik”.

Mənsur





Həftənin ən çox oxunanları