Yuxarı

Yola çıxdıq-Elçibəyin arzuladığı Azərbaycan naminə!

Yola çıxdıq-Elçibəyin arzuladığı Azərbaycan naminə!

  •  Baş redaktordan
[caption id="attachment_366" align="alignright" width="292"]10527307_841347199216689_7536928421830990934_n   Rəfail Becanov[/caption] Yola çıxdıq-Elçibəyin arzuladığı Azərbaycan naminə!  Bu da sizin “Cümhuriyət”, əziz oxucular! Uzun illərin ayrılığından sonra yenə hər zaman bizim üçün dəyərli olan sizlərlə görüşə gəldik. Öz dəyişilməz mövqeyimizlə. Haqq-ədalətin, dövlət və dövlətçilyin, müstəqilliyin və nəhayət millətimizin yanında olacağıq. Bu, bizim şərəf işimiz! “Cümhuriyət” Azərbaycanın müstəqillik dövrünün qəzetlərindəndir. Amalı bu müstəqilliyin qorunmasına, ölkədə demokratik cəmiyyətin formalaşmasına, insanlarımızın azad və ədalətli cəmiyyətdə yaşamasına xidmət olub. Bacardığımız qədər bu düşüncələrin daşıyıcısı olmuşuq, prinsiplərimiz də bunun üzərində qurulub. Yenə də sizlərə söykənərək yola çıxmışıq. Ötən əsrin 93-cü, 95-ci, 97-ci illərinin “Cümhuriyət”i kimi... 1999-cu ildə nəşrimiz dayandı. Qəzetə qarşı ağır basqılar, cərimələr bizi bu addıma-qəzetin nəşrini dayandırmağa məcbur etdi. Sonradan mərhum dövlət başçısıHeydər Əliyevin göstərişi ilə digər qəzetlərə edilən güzəştlər bizə də şamil olundu, cərimələr dayandırıldı, imkansızlıqla nəşr etdirdiyimiz qəzetin nəşriyyata olan borcu silindi. İndi yenidən “Cümhuriyət” öz oxucuları ilə görüşmək imkanı qazanır. Köhnə komandamız qəzet nəşrini dayandıranda məcburiyyətdən dağıldı. Hər kəs iş tapmaq ümidilə müxtəlif istiqamətlərə getdi. İndi işləyən də var, işləməyən də, başqa sahədə çalışanlar da. Bir çoxu hələ də mətbuatdadır. Uzun illər işlədikləri yerdən onları ayırmaq çətindir. İndi bizimlə olmasalar da, sevinəcəklərinə əminəm. Çünki bu, bir tarix, bir ömür, həm də maraqlı, çox maraqlı günlər idi. Əl-ələ verib işlədik. İnşallah, yeni dostlarla da belə olacaq. İşləyəcəyik. Millət, dövlət, vətən naminə! “Cümhuriyət” Azərbaycan Xalq Cəbhəsinin qəzeti olub. Daha sonra AXCP-nin orqanına çevrilib. 1998-ci ildə Əbülfəz Elçibəyin təklifi ilə AXCP qurultayı təsisçiliyi kollektivə və baş redaktorumuz Yadigar Məmmədliyə verdi. Kollektiv də bu təsisçilik hüququnun Yadigar bəydə qalmasını istədi. Bu, bir-birimizə jest, inamın, etibarın, dövlətə, millətə sədaqətin göstəricisi idi. İndi təkrar qəzetin nəşrinə başlayanda Yadigar bəy qəzeti yenidən öz dostlarına – bizlərə ərməğan etdi, elə dövlətimiz və millətimiz naminə! “Cümhuriyət”  Elçibəyin qəzeti olub. “Cümhuriyət” Elçibəyə qarşı olanlara, xaricdə, daxildə, partiyanın içində Elçibəyə tuzaq quranlara qarşı olub. “Cümhuriyət” AXCP-də Əli Kərimlini deyil, Elçibəyin liderliyini qəbul edib və mətuat olaraq bu mövqeyini oxucularla bölüşüb. “Cümhuriyət” 20-ci əsr Azərbaycanın II Milli-Azadlıq Mübarizəsinin liderinin məhzElçibəy olması mövqeyində dayanıb. İstər partiyada, istər həmin dövr siyasi-ictimai həyatda Elçibəyi aşağılamaq istəyən hərəkat iştirakçılarının tribunasına çevrilməyib. Əli Kərimlinin Elçibəy əleyhinə yaratdığı mətbuat şəbəkəsində yer almayıb. İndi də beləolacaq. “Cümhuriyət” AXCP-nin bütövlüyü, dinamik və demokratik təşkilata çevrilməsi,nüfuzunun artması, Elçibəyin milli-bütünlük fəlsəfəsinə mətbuat dəstəyi verəcək.Razi Nurullayevin təsisçiliyi ilə bu işlər davam edəcək. Əbülfəz Elçibəyin qoyduğu ənənələr, demokratik dünyagörüşü ilə. Və sizdən- hər bir oxucumuzdan bu yolda dəstək gözləyirik! Əbülfəz Elçibəyin arzusunda olduğu Azərbaycan naminə!





Həftənin ən çox oxunanları