Yuxarı

AXCP rəhbərliyi və həmkarları Elmar Hüseynovun məzarını ziyarət etdi

AXCP rəhbərliyi və həmkarları Elmar Hüseynovun məzarını ziyarət etdi

IMG_8006Dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi, “Cümhuriyət” qəzeti və Cebhe.info saytı “Monitor” jurnalının baş redaktoru, mərhum jurnalist Elmar Hüseynovun məzarını zəyarət edib.

Cebhe.info xəbər verir ki, partiya üzvləri və həmkarları jurnalistin xatirəsini ehtiramla yad edib, məzarı üstünə gül dəstələri düzüblər. AXCP sədri Razi Nurullayev çıxışında Elmar Hüseynovun Azərbaycan mətbuatındakı yerini yüksək qiymətləndirib. “Cümhuriyət” qəzeti və Cebhe.info saytının rəhbəri Rəfail Becanov da Elmar Hüseynovun qətlini azad sözə qəsd kimi dəyərləndirib. Qeyd edək ki, mərhum jurnalist 2005-ci il martın 2-də yaşadığı evin qarşısında aldığı 7 güllə yarasından qətlə yetirilib. İstintaq orqanları jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini ehtimal edir.





Həftənin ən çox oxunanları