Yuxarı

“Yurd” xorunun zəif səsi

“Yurd” xorunun zəif səsi

Eli KerimliƏli Kərimli iqtidara qarşı xeyli yumşalıb

AXCP-nin hüquqi təmsilçiliyini itirdikdən sonra Əli Kərimli siyasi gündəmdən kənarda qalıb. Ölkə daxilində baş verən ictimai-siyasi proseslərə də mövqe ortaya qoya bilməyən “Yurd” lideri sonuncu dəfə müavini Fuad Qəhrəmanlının Nardaranda dini zəmində baş verən çaxnaşma ilə əlaqədar təxribatçı çıxışıyla gündəmə gəldi. Fuad Qəhrəmanlının həbsinə səbəb olan bu mövqeyi keçmiş sədri də susdurdu. Həbsdən sonra Əli Kərimli hakimiyyətə qarşı daha mülayim və daha yumşaq görünməyə başlayıb.

Daxildə yaratdığı avtoritar rejimə etiraz olaraq partiyanı yeniləşdirən cəbhəçilərə uduzması bundan əvvəl Azərbaycan siyasətində Əli Kərimlisiz dövrün başlanğıcını qoymuşdu. AXCP-nin hüquqi təmsilçiliyi məsələsi də məhkəmə müstəvisindədir. Bu baxımdan Əli Kərimlinin yumşaqlığını bir növ konfeti əlindən alınmış uşağın türklər demiş, “duyğu sömürüsü” kimi başa düşmək olar. Yəni bu bir növ hakimiyyətə siyasətdə qalmağa görə, sonuncu şansını qorumaq üçün yaltaqlanmaqdır. Ara-sıra KİV-lərə verdiyi açıqlamalarda və sosial şəbəkədəki statuslarda dolayı yolla hakimiyyətə yarınan yüngülvari fikirlər səsləndirir ki, məhkəməni udsun. Çünki məhkəməni uduzmaq Əli Kərimlinin siyasətdən birdəfəlik getməsi deməkdir.

Çıxardığı qeyri-adi səslər

AXCP-nin 18 oktyabrda keçirilən möhtəşəm Etimad Qurultayı və bundan əvvəl partiyanın rayon şöbələrinin bütöv halda Əli Kərimlidən imtina etmələri keçmiş sədrin nüfuzuna ağır zərbə vurdu. Qurultaydan sonra AXCP sədri və müxalifət lideri statusunda hesablaşılmayan bu şəxs partiya təmsilçiliyini geri qaytarmaq üçün dəridən-qabıqdan çıxır. Əlindən gələn mümkün vasitələrdən istifadə edir.

Nəticədə partiyasız qalan Əli Kərimli yumşaq gedişlərlə hakimiyyətə qarşı sonuncu oyunlarını oynayır ki, ona əlahiddə statuslar qazandırmış və əsas gəlir mənbəyi olan partiyanı itirməsin. Bunun məntiqi nəticəsidir ki, sonuncu müsahibələrindən birində siyasi iddialarının olmadığını dedi. Bunun özü də hakimiyyətə “Mənim siyasi iddiam yoxdur, partiya sadəcə, mənə müəyyən status və gəlir üçün lazımdır” mesajıdır.

Başa düşür ki, indiki məqamda siyasi iddia ortaya qoysa və hakimiyyətə qarşı olan çıxışların barıtını çox etsə, məhkəmədə udmaq onsuz da sıfır olan şansını tamamilə alt-üst edəcək. Bu baxımdan özünü yumşaq göstərir ki, hakimiyyət məhkəmə çəkişməsində prosesi onun lehinə saxtalaşdırsın. Lakin hakimiyyətin başının ölkədə yaranmış sosial-iqtisadi böhranın daha ağır nəticələrə yol açmasının qarşısını almağa qarışdığı bir vaxtda Əli Kərimlinin bu duyğusallığı cavabsız qalır. Bu isə onu narahat edir. Ara-sıra da diqqəti cəlb etmək üçün “Facebook” üzərindən qeyri-adi səslər çıxarır, fikirlər səsləndirir ki, buna tərəf baxan olsun.

İmkanlardan məhrum

Niyyətini həyata keçirmək üçün əlinin altında qalan az-maz resursdan (Gözəl Bayramlı və Natiq Ədilov) da istifadə etməyə çalışır. Ətrafında olan tanınmış siyasətçilərin getməsindən sonra Əli Kərimli özünün reklam edilməsi yükünü məhz bu şəxslərin çiyinlərinə yükləyib. Bunların da fəaliyyətləri yalnız sosial şəbəkələrlə məhdudlaşır ki, çıxardıqları səslərin tonu daha zəif olur.

Digər yandan bu şəxslər cəmiyyət və insanlar arasında heç bir nüfuz sahibi deyillər. Fuad Qəhrəmanlının pafosu qismən Əli Kərimliyə yardım olurdusa, bunlar bir az çəkingəndirlər, daxillərində özlərini qorumaq refleksləri var.

Məsələn “Prioton” qalmaqalı Gözəl Bayramlıya, qaçıb Fransaya getməsindən sonra isə Natiq Ədilova qrup daxilində olan inam azalıb. Beləliklə, özünü göstərmək və bu minvalla siyasətdə qalmaq şanslarını qorumaq üçün Əli Kərimli özünü bütün imkanlardan məhrum edib.

Əfqan





Həftənin ən çox oxunanları