Yuxarı

Yuşenko: "Azərbaycan regionun lideridir"

Yuşenko:

Azərbaycan regionun lideridir, bu ölkənin ciddi imkanları, güclü potensialı var və təbii ki, Ukrayna Azərbaycanla əlaqələrin yüksək formada inkişafında həmişə maraqlı olmalıdır.
"Report" xəbər verir ki, bunu Bakıda jurnalistlərə Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko bildirib. O qeyd edib ki, nəinki Ukrayna dövləti, ümumiyyətlə, xalq olaraq ukraynalılar həmişə Azərbaycanı yaxın dost hesab ediblər: “Bu işdə Ukraynada yaşayan, daim ölkənin həyatında yaxından iştirak edən azərbaycanlılar da rol oynayır. Azərbaycanda olduğu kimi, Ukraynada da multikulturalizm, etnik xalqların birgə yaşayışı, mədəniyyətlər mübadiləsi yüksək formada olub. Buna hər kəs şahiddir. Məsələn, ölkədəki multikulturalizm dəyərinin nümunəsidir ki, bu gün bizdə Ukrayna Millətlər Assambleyası fəaldır və ona azərbaycanlı icmasının rəhbəri Rövşən Tağıyev rəhbərlik edir. R.Tağıyevin Assambleyaya rəhbərliyi sayəsində Ukraynada yaşayan etnik xalqlar ölkənin düşdüyü problemlərdən çıxış yollarında, döyüş bölgələrinə humanitar yardımlarda, ümumiyyətlə, ictimai-siyasi proseslərdə maraqlı təkliflərlə çıxış edirlər. Bizdə tez-tez azərbaycanlıların, tatarların, yəhudilərin, ümumiyyətlə, bütün xalqların təqdimatları olur və mən də ara-sıra bunun iştirakçısı oluram”. V.Yuşenko deyib ki, Azərbaycanın Avropa ilə əməkdaşlığını yüksək təqdir edir və Azərbaycanı Avropa üçün ən önəmli tərəfdaş hesab edir. Azərbaycanın siyasətindəki tarazlığın regionda uzunmüddətli sülhün və siyasi sabitliyin perspektivinə kömək göstərdiyini diqqətə çatdıran V.Yuşenko ölkənin dünyada güclənən səsini əhəmiyyətli amil olduğunu bildirib.
 
“...dünya ayağa qalxacaq”
 
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığıyla keçən IV Qlobal Bakı Forumunda çıxış edən Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkəsinin torpaqlarının 20%-nin Rusiyanın işağalı altında olduğunu bildirdi. Maraqlıdır ki, Dnestryanı bölgə və Qaqauz Elnin birgə sahəsi də haradasa Moldovanın 20%-idir”.
Cebhe.info xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev deyib.
S.Alıyevin sözlərinə görə, əgər Krım və Donbasla birlikdə Ukraynanın digər planlaşdırılan torpaqları da ələ keçirilsəydi, bu da həmin ölkənin 20%-demək olacaqdı: “Azərbaycanın toprpaqlarının da 20 faizinin işğal edildiyini və bunun necə baş verdiyini hamı bilir. Niyə məhz 20%? Görünür, burada hərbi-strateji nəsnələrlə yanaşı, başqa hesablama da var. Əgər dünya Azərbaycan torpaqlarının 20%-nin işğalına dözümlü yanaşmışdısa, demək digər ölkələrin də bu qədər torpağının işğalına dözümlü yanaşa bilərdi. Ukraynada proseslər başladılanadək yanaşırdı da. Ancaq onun ərazisinin 20 deyil də, cəmi 10%-nin işğalına izn verildi. Bu özü də böyük "prinsipiallıq" və "irəliləyiş"dır. Demək, növbəti işğallar planlaşdırılırsa, bu, 10% həddini keçməməlidir, yoxsa dünya ayağa qalxa bilər”.
Mənsur





Həftənin ən çox oxunanları