Yuxarı

 “Əli Kərimli istefaya getsə, o zaman AXCP bir olacaq”

 “Əli Kərimli istefaya getsə, o zaman AXCP bir olacaq”

Razi Nurullayev: “Əbülfəz Elçibəyin ideyaları və dövlətçilik düşüncəsi bizə güc verir” 11225433_1099856876747780_1441473543300805003_n   AXCP qurultaya hazırlaşır. Qurultaya hazırlıq prosesi və digər məsələlərlə bağlı Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Razi Nurullayevlə söhbətləşdik.   -Razi bəy, AXCP-nin qurultayına hazırlıq prosesi necə gedir? -Hazırlıq yüksək səviyyədədir. Artıq 10-dan çox rayonda konfranslar keçirmişik. Bu ay ərzində işlərimizi yekunlaşdırmağı planlaşdırırıq. Əminliklə, qurultayımızı sentyabrın sonu, oktyabrın əvvəli keçirə biləcəyik. Əslində, daha çox çətinliklə üzləşəcəyimizi düşünmüşdük. Şükür olsun Allaha ki, hər şey nəzərdə tutduğumuzdan daha sürətli oldu. Biz yeni tipli, yeni yanaşmaya söykənən, kübar və sivil bir partiya qururuq. Əbülfəz Elçibəyin ideyaları və dövlətçilik düşüncəsi bizə güc verir. Çünki, AXCP-də Əbülfəz Elçibəyin vəfatından bəri heç bir demokratik islahat aparılmayıb və partiya çox marginallaşıb. Belə demək olar ki, biz bir demokratik açılım edirik və Türkiyə modelinə əsaslanan, hörmət və izzət olunan, demokratik dəyərlərə söykənən, himninə, bayrağına, ordusuna və gerbinə hörmət edən, dövlətçilik prinsiplərini əxz edən təmamən yenilənmiş bir partiya qururuq.   “İctimai rəy Əli Kərimlini sıxır” - AXCP-nin Əli Kərimli qanadı sentyabrın 27 tarixinə  qurultay təyin edib. Sizcə, qurultay baş tutacaqmı? - Qurultayın baş tutub-tutmayacağı bizim işlərimizə təsir etmir. Qurultay baş tutmaya da bilər. AXCP-nin Əli Kərimli qanadında çox məyusedici proseslər baş verir. Orada bir neçə qrup var ki, onlar perspektivlərinin olduğunu düşünürlər. Düşünürlər ki, ola bilsin ki, Əli Kərimli namizədliyini verməsin və onlar rəhbərliyi ələ keçirə bilsinlər.  Lakin, anlamaq lazımdır ki, Əli Kərimli iki variant üzərində işləyir və hər variant ancaq və ancaq onun hakimiyyətini saxlamağa xidmət edir. Birinci variant, Parlament seçkisinə kimi özünə legitimlik qazanmaqdır. Çünki, seçkilərə qatılmır və təbii ki, yenidən ofsaytda qalacaq. Uğursuz siyasətçi kimi, yenidən özünü sədr qəbul etdirmək mümkünsüz olacaq. Məsələ yalnız, cəbhəçilərdə deyil. İctimai rəy də onu sıxır və yenidən sədrliyi zəbt etməsi onun nüfuzuna zərbə vuracaq. Digər tərəfdən isə, qurultayda ciddi kataklizmlərin olması qaçılmazdır. Qruplar AXCP-nin Əli Kərimli qanadını təmamən siləcək və Əli Kərimlinin doğurdan da bir neçə nəfərlə qalmaq təhlükəsi reallaşacaq. Əslində, qurultayın illərlə uzanması onu xeyrinədir. İkinci variant isə seçkidən sonra, vəziyyətin stabilləşməsini gözləyir və özünə uyğun məqamda ya yenidən özü sədr olur (bu bir az inandırıcı görünmür), ya da marionet bir fiquru sədr kürsüsünə otuzdurur və onu idarə edir. Təbii ki, maliyyə axınlarına da nəzarət edir. İstənilən halda, heç bir variant Əli Kərimlinin xeyrinə işləmir və o özü öz siyasi sonunu hazırlamaqdadır.   - AXCP-ni yeniləşməsi prosesinə başlamısınız. Yeniləşmiş AXCP-də Natiq Ədilov, Fuad Qəhrəmanlı zehniyyətli insanlara yer olacaqmı? -Biz AXCP-ni təmamən kökündən yeniləyirik. Burada dediyiniz adamların zehniyyətinə yer ola bilməz. Hətta, onlar olsa belə əksəriyyətin təsiri ilə dəyişməli olacaqlar. Çünki, çürük zehniyyət, kifsəmiş, iylənmiş sözçülük, əzabları və iztirabları, hiyləgərlikləri və dözümsüzlükləri simalarına çökmüş bu adamlar cəmiyyəti uçuruma sürükləyə bilərlər. Biz istəyirik ki, AXCP tam yeni bir tərzdə və rakursda cəmiyyətə təqdim olunsun. Kübar və sivil olsunlar. Söyüş və təhqirdən uzaq olsunlar. Gözləri rəngləri də seçsin. Hər şeyi ağ-qara görmək qaragünlü olmaq deməkdir. Biz isə istəmirik ki, üzvlərimiz, gələcəyini bizə bağlamış insanlar günahsız və lüzumsuz yerə həbs olunsunlar, döyülsünlər, incidilsinlər, işsiz qalsınlar. Təbii ki, demokratik cəmiyyət quruculuğu üçün, Azərbacyanda siyasi sistemin dəyişməsi üçün çalışırıq və hədəfimiz də Qərb tipli demokratik bir cəmiyyət qurmaqdır. Bu yolda həbs olunmaqdan, döyülməkdən və təcrid olunmaqdan qorxmuruq. Əgər bu baş verəcəsksə, üzvlərlə birlikdə sədr kimi mən də döyüləcəm, həbs olunacam və üzvlərimizlə birlikdə məhrumiyyətlər yaşayacam. Əbülfəz Elçibəy ümumxalq sevgisini qazanmışdı. Çünki, o sadə xalqdan fərqlənmirdi. O, öz yaşayışı, həyat tərzi və davranışları ilə xalqla həmahəng idi. Bu tip insanların da rəhbərlikdə təmsil olunması hər zaman dəstəklənəcəkdir. - Əli Kərimli istefa versə və onun rəhbərlik etdiyi qanad etimad qurultayına qatılsa, sizin mövqeyiniz necə olacaq? Yeniləşmiş AXCP-də Əli Kərimliyə hansı postu verərsiniz? - Bu Əli Kərimlinin atdığı ən doğru addım olardı. Heç kim onu partiyadan qovmur və partiyanın bir dönəm sədri kimi hörmət və izzətlə istənilən posta iddia edə bilər. Bu bir nəfərin cavab verəcəyi məsələ deyil. Amma, vahid qurultayın keçirilməsi ən doğru qərar olardı. Yenə təkrar etmək istəyirəm ki, əgər Əli Kərimli istefaya getsə, o zaman AXCP bir olacaq. Olmasa, bütün mövcud hüquqi vasitələrlə hüquqi təmsilçiliyi ondan almaqda israrlıyıq. - Həsən Kərimov nisbətən Əli Kərimlinin ətrafındakı qaragüruhçulardan fərqlənir. Onunla işləyərsinizmi? - Əgər, kimsə silahını yerə qoyub tərəfimizə keçsə, səhvini boynuna alıb, doğru-dürüst fəaliyyət göstərəcyinə dair söz versə, o zaman bu məsələni rəhbərliyin müzakirəsinə çıxarmaq olar. AXCP-də heç kimi dışlamaq olmaz. Xalq və ölkə naminə hər kəslə əməkdaşlıq etmək və birlikdə işləmək olar. - İndiki məlumatlara görə, AXCP-nin Əli Kərimli qanadı və Milli Şura seçkiləri boykot edəcək. Bu siyasət ötən seçkidən maddi qazancla çıxmış şəxslərin narazılığına səbəb olmayacaq ki? Yəqin ki, boykot Fuad Qəhrəmanlının ürəyindən olmayıb... - AXCP-nin Əli Kərimli qanadı və Milli Şura belə görünür ki, seçkilərə qatılmırlar. Bu qərar, əminliklə deyə bilərəm ki, Əli Kərimlinin diktəsi ilə qəbul olunub. Bu da Milli Şuranın da onun nəzarətində olmasını təsdiqləyir. Əli Kərimli bilir ki, YAP onu parlamentə buraxmayacaq, ona görə də hər kəsə baislik edir. Milli Şura və AXCP-nin Əli Kərimli qanadında bu qərardan böyük narazılıq var. Çünki,  bir çoxları seçkiyə həm də qazanc kimi baxırlar. Dediyiniz o şəxs isə, siyasətə şəxsi dolanışıq mənbəyi kimi baxır və artıq hər kəsə bəlli olduğu qədər, hər seçkidən sonra özünün şəxsi qazancı ilə cəbhəçiləri təəccübləndirir. O, həm də bizim onun oyununu pozduğumuzdan narahatdır deyə, şər-böhtan yağdırır. Çünki, özü bir oyun içindədir və AXCP-ni baha qiymətə satmaq istəyirdi. Onun auksionunun çəkiçini əlindən tutub aldıq. - Ölkədə siyasi məhbuslarla bağlı durum qaneedici deyil. Sizə elə gəlmirmi ki, bu məsələ ölkənin imicinə ziyan vurur? - Ölkədə siyasi məhbusların olması Azərbaycanın nüfuzuna böyük zərbə vurur. Təsdiq edirəm ki, ölkədə onlarla siyasi məhbus var və onlar günahsız şəkildə azadlıqdan məhrum ediliblər. Azərbaycan hökuməti fərqli fikir və düşüncəni qəbul etmir. Bolşevik təfəkkürü ilə ölkənin imicini düzəltmək mümkün deyil. Əslində, bu yanaşma yalnız YAP yanaşması deyil, həm də Əli Kərimli qanadının AXCP-də eyni vəziyyətdədir. Bütün siyasi məhbuslar dərhal azad edilməli və iqtidar qanunsuz əməllərinə son verməlidir. Ölkədə ciddi korrupsiya var. Məmur özbaşınalığından əziyyət çəkən on minlərlə vətəndaş var. Günahsız yerə ömrünün bahar çağlarını həbsxanada keçirməyə məhkum edilmiş onlarla dostumuz var. Bütün bunlar YAP hakimiyyətinin qanunsuz hərəkətləridir ki, ölkədə normal cəmiyyət quruculuğuna maneçilik törədir. Bu abi-hava həm də cəmiyyətdə yeni siyasi simalaırn inkişafına əngəldir. Çünki, yeni insanlar köhnə abi-hava ilə uzlaşa bilmirlər. Köhnələr isə belə şəraitdə özlərini suda balıq kimi hiss edirlər. - Azərbaycan cəmiyyətinə Avropa kübarlığını gətirəcəyinizi demisiniz. Cəmiyyətin mənəvi saflaşması üçün hansı addımlar atılmalıdır? -Avropa kübarlığı dedikdə, bunu yanlış anlayanlar da var. Məsələn, deyirlər ki, avropalılar 19-cu əsrin ikinci yarısına kimi hamam nədir bilməyiblər, inkvizasiya dövründə tonqallarda adamları yandırıblar, caylarda boğublar, qız-gəlinə qarşı mənəviyyatsız davranıblar (məsələn, birinci gecə hüququ), qanlı Vorfolomey gecəsini törədiblər, uşağın oturduğu qorşoku pəncərədən küçəyə töküblər, uşaqbazlıq ediblər və s. Düzdür, bütün bunlar Onore de Balzakın, Carlz Dikkensin, Viktor Huqonun da əsərlərində əks edilib. Hazırda eyni cins arasında evliliyin qanuniləşdirilməsi də mentalitetimizə ziddir. Lakin, bizim dediyimiz başqadır. Bu günün Avropası yaşamaq üçün ən optimal və rahat yerdir. Orada siyasətçilər daha əlçatandır, xalqla və biri-biriləri ilə kübar davranırlar. Oyun qaydalarını pozanları isə siyasətdən uzaqlaşdıra bilirlər. Təsadüfi deyil ki, bu gün Azərbaycan əhalisi də yaşamaq üçün ora üz tutur. Dünya Avropa universitetlərində oxumağa və Avropa klinikalarındamüalicəyə üstünlük verir. Biz bəyənsəkdə, bəyənməsəkdə, Avropa bu gün daha yaxşı durumdadır və bizim onalrdan əxz edəcəyimiz çox şey var. - Etimad qurultayında AXCP sədri seçilsəniz QHT sektorunda fəalliyyətiniz davam edəcəkmi? - Bu gün Azərbaycanda elə bir vəziyyət yaranıb ki, siyasətlə QHT işini ayırd etmək olmur. Təbii ki, siyasətlə məşğul olan şəxsə QHT işində iştirakçılığa bir qadağa yoxdur. Sadəcə, QHT siyasiləşməməlidir və siyasi partiyanın maliyyələşməsində yer almamalıdır. Mən də bunu əsas tuturam. Vətəndaş cəmiyyətinin inkişafı üçün əlimdən gələni edəcəm. Bu gün vətəndaş cəmiyyətinin durumu çox ağırdır. Vətəndaş cəmiyyəti iştirakçıları haqsız şəkildə, vətənə xəyanətdə və rəngli inqilablarda, qanunsuz fəaliyyətdə günahlandırılaraq həbsə atılıblar. QHT-lərin fəaliyyəti təmamən məhdudlaşdırılıb və artıq belə ddemək olar ki, 3-cü sektor çöküb. Bu bilərəkdən edilib və bu siyasət hələ də davam etməkdədir. Azərbaycanda vətəndaş cəmiyyətinin bu hala salınması ölkədə vətəndaş nəzarətini heçə endirib. Belə bir vəziyyətdə isə daha böyük qanunsuzluqların baş verməsi qaçılmazıdır. “Rusiyaya güvənim yoxdur və bu ölkənin müstəqilliyimizin qarantı olmasına da şübhə ilə yanaşıram” - Bu gün verdiyiniz açıqlamada Azərbaycanın  Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamalı olduğunu demisiniz. Əks hada Azərbaycanı nə gözləyir? - Azərbaycanı çətin sınaqlar gözləyir. Azərbaycanın gələcəyini Avropadan kənarda təsəvvür edə bilmərəm. Bizə Avropaya inteqrasiya su və hava kimi lazımdır. İnteqrasiyadan imtina bizi daima səksəkədə saxlayacaq. Rusiyaya tam güvənim yoxdur və bu ölkənin Azərbaycanın müstəqilliyinin qarantı olmasına da şübhə ilə yanaşıram. Avropa Birliyi və ABŞ isə Azərbaycanın suverneliyinin qarantı ola bilər və onların köməkliyi ilə Azərbaycan normal, dünyəvi bir demokratik cəmiyyət formalaşdıra bilər. Əks halda isə, getdiyimiz yolda bizi nələr gözləyəcəyindən xəbərsiz olacağıq. Təbii ki, Rusiya faktorunu nəzərdən qaçırmaq olmaz. Azərbaycan mərhələ-mərhələ Avropaya inteqrasiya edə bilərdi və Rusiya heç bunu o qədər də hiss etməzdi. Sonunda Rusiya inadını yerə qoyacaq və demokratik açılım edəcəkdir. Bax bu zaman Azərbaycanın çətin günləri başlayacaq. Çünki, çox şeyi təzədən başlamalı olacaqdır. Elman Cəfərli      





Həftənin ən çox oxunanları