Yuxarı

Siyavuş Novruzov  YAP-ın siyahısı haqqında: “Səbr elə halva bişər...”

Siyavuş Novruzov  YAP-ın siyahısı haqqında: “Səbr elə halva bişər...”

скачанные файлы (2)Noyabrın 1-də  Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün bir sıra siyasi partiya və blokların namizəd siyahısı artıq müəyyənləşib. Ancaq hakim Yeni Azərbaycan Partiyasının namizədlər siyahısı hələ naməlum qalır. YAP-ın namizədlər siyahısının açıqlanmamasının media və siyasi kuluarlarda müzakirəsi getdikcə daha tünd siyasi rəng alır. Konkret detallar məlum olmasa da, əldə olunan ümumi informasiyalar  YAP-ın namizədlər siyahısının mübahisəli olması ilə bağlıdır. Daha dəqiq desək, YAP-ın bu seçkilərə əvvəlkindən fərqli olaraq bir sıra yeni namizədlərlə qatılacağı gözlənilir. Ancaq bu məsələdə tam konsensus əldə edilmədiyindən, millət vəkili olmağa iddialı YAP-çıların kimliyinin açıqlanması yubanır. Xatırladaq ki,  2010-cu ilin parlament seçkilərində  YAP öz namizədlərini sentyabrın 18-də açıqlamışdı.  İndi isə YAP rəsmiləri siyahının açıqlanması vaxtı ilə bağlı konkret vaxt söyləməkdən yayınır və daha çox susmağa üstünlük verirlər. Cebhe.info-nun məsələ ilə bağlı sualını cavablandıran YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə hələ keçən həftə vahid siyahının hazır olduğunu və partiya rəhbərliyi ilə müzakirədən sonra açıqlanacağını demişdi. Cebhe.infoya daxil olan məlumata görə, YAP-ın namizədlərinin müəyyənləşməsinə mane olan başlıca səbəblərdən biri vəzifəli şəxslərin deputat seçkilərində iştirakına qadağa qoyulması ilə bağlıdır. Daha konkret desək, indiyə qədər millət vəkili olan rektorlar deputat mandatını itirmək istəmir. Qeyd edək ki, hazırda Milli Məclisdə 8 rektor təmsil olunur: Abel Məhərrəmov - BDU, Səməd Seyidov-Azərbaycan Dillər Universiteti, Gülçöhrə Məmmədova-Azərbaycan İnşaat Universiteti, Əhməd Vəliyev - “Odlar Yurdu” Universiteti, Əhliman Əmiraslanov - ATU, Aqiyə Naxçıvanlı-Azərbaycan Müəllimlər İnstitutu,  Ağacan Əbiyev- Azərbaycan Dövlət İdman Akademiyası. YAP noyabrda keçiriləcək seçkilərdə rektorları siyahıya salmamağı nəzərdə tutsa da, bu siyasi qərarını reallaşdıra bilmir. Bu isə rektorların hələ ki, öz iddialarından geri çəkilmək niyyətində olmadığından və problemin dərinləşməsindən xəbər verir. YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov namizədlər siyahısının hazırlanmasında problemlərin olması barədə deyilənlərlə razılaşmır. Bununla belə deputat siyahının nə zaman açıqlanacağı ilə bağlı Cebhe.info-nun sualına özünəməxsus tərzdə cavablandırıb: “Səbr edin! Nizami Gəncəvi deyib: “Səbr elə halva bişər, ey qora səndən, bəsləsən atlas olar tut yarpağından”. Müşfiq Cebhe.info





Həftənin ən çox oxunanları