Yuxarı

“Arif Hacılı cəmiyyət üçün arzuolunmaz şəxsdir”

“Arif Hacılı cəmiyyət üçün  arzuolunmaz  şəxsdir”

Tural Abbaslı: “Müsavatı yaxşı günlər gözləmir”

“Ağ blok”un partiyaya çevrilməsi istiqamətində işlər davam edir. Mayda qurultayımızı keçirmək istəyirik”. Bunu “Cümhuriyət”ə şərhində “Ağ blok” İdarə Heyətinin sədri Tural Abbaslı deyib. Onun sözlərinə görə, “Ağ blok”un partiya quruculuğu yönündə atdıqları addımlara görə,  Müsavatdan heç bir təzyiqlə üzləşməyiblər, çünki onların bunu etmək üçün gücləri də yoxdur:

“Müsavat partiyasından bizə hələ ki, heç bir təzyiq yoxdur, ola da bilməz. Onların buna imkanları da yoxdur. Uzaqbaşı partiyadan uzaqlaşdıra bilərlər. Bu da önəmli deyil. Onsuz da biz partiya qururuq və təbii ki, zamanı gəldikdə Müsavatdan uzaqlaşacağıq.

Arif Hacılı və ətrafındakılar cəmiyyət üçün arzuolunmaz şəxslərdir. Partiya və ya ayrı-ayrı qrup olaraq o qədər zəifdirlər ki, hesab etmirəm ki, hansısa bir vasitə ilə bizə təzyiq etmək haqda düşünsünlər. Ümumiyyətlə, Müsavatdaı bugünkü durum arzuolunmazdır. Müsavat partiyasını heç də yaxşı günlər gözləmir. Hətta Tofiq Yaqublunun cəhdlərinin də nəticə verəcəyinə inanmıram”.

Tural Abbaslı “Ağ blok”un təmsil olunduğu Anti-böhran koalisiyasının kütləvi aksiyalar keçirib-keçirməyəcəyinə də münasibət bildirib: “Koalisiyanın həftədə bir dəfə iclası olur və müzakirələr aparılır. Biz mitinq koordinasiya mərkəzi yaratmışıq və ən yaxın, ən uyğun zamanda kütləvi aksiyaların keçirilməsini planlaşdırırıq. Bunun üçün hələ ki, konkret gün təyin olunmayıb”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları