Yuxarı

Pənah Hüseyn : “Mitinqlə bağlı müzakirələr aparmırıq"

Pənah Hüseyn : “Mitinqlə bağlı müzakirələr aparmırıq

 

“Bizim təmsil olunduğumuz “Antiböhran Koalisiyası”nda  mitinq komitəsi yaradılıb. Amma mitinqlərin nə vaxt, harda, necə keçiriləcəyi haqqında qərarlarımız yoxdur, hal-hazırda bununla bağlı müzakirələr də getmir”.

YAP icra katibinin müavini Siyavuş Novruzovun “Müxalifətin mitinqləri mövsümi xarakter daşıyır” fikirlərinə münasibət bildirən Xalq Partiyasının sədri Pənah Hüseyn Cebhe.info-ya belə deyib. Onun sözlərinə görə, mitinqlər əslində, mövqe ifadə etməyin bir növüdür:

“Mitinq əslində mövqe ifadə etməyin bir formasıdır. Xalq, siyasi partiya və ya hansısa təşkilat aksiya keçirib öz mövqeyini ifadə edir. Bunun nəyisə dəyişdirməsi və ya dəyişdirməməsi məqsəd deyil. Siyavuş Novruzov öz partiyasının və qulluq elədiyi iqtidarının maraq və mənafeyinə xidmət etdiyinə görə Azərbaycan xalqını istismar edənlərin xeyrinə danışır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları