Yuxarı

Milli Şura-Kreml əlaqələrinin üstü açılır

Milli Şura-Kreml əlaqələrinin üstü açılır

Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən son gəlişmələr Milli Şura -“Yurd” blokunun Rusiya proyekti olması faktını növbəti dəfə sübut etdi. Hələ 2013-cü ilin prezident seçkilərindən əvvəl Milli Şuranın Rusiya hakimiyyəti tərəfindən yaradılması haqqında müəyyən faktlar açıqlanmışdı. Məlum oldu ki, Milli Şura adlı müxalifətin qondarma birliyi Rusiya hakimiyyətinin vasitəçiliyi və “Milyarderlər İttifaqı”nın maliyyə dəstəyilə qurulub. 

Həmin dönəmdə Kreml Azərbaycan müxalifətində şuranı quracaq bir fiqur axtarırdı. Rejissor Rüstəm İbrahimbəyovun təklifiylə “Yurd” sədri Əli Kərimlinin üzərinə dayanıldı. Yüksək məbləğlər qarşısında Əli Kərimlidən R.İbrahimbəyovun namizədliyinin dəstəklənməsi oldu. Məqsəd bəlli idi. Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var idi və seçkilərə az qalmış bu məsələnin həlli mümkün deyildi. Heç rejissorun özü də Rusiya vətəndaşlığından çıxmaq üçün Miqrasiya Xidmətinə müraciət etməmişdi.

Bundan xəbərdar Əli Kərimli Milli Şuranın mitinqlərində sədrin tezliklə Azərbaycana qayıdacağını deyirdi. Təbii ki, faktın üstü açıldı və R.İbrahimbəyov Azərbaycana qayıtmadı. Kreml - Əli Kərimli tandemi məqsədinə çatmışdı. Müxalifət seçkilərdə hakimiyyətə qarşı ciddi rəqib ola bilmədi. R.İbrahimbəyovdan sonra yenə də plana uyğun olaraq Əli Kərimli tərəfindən namizədliyi irəli sürülən professor Cəmil Həsənli ciddi siyasi fiqur kimi ictimai rəydə özünə yer tapa bilmədi. Nəticədə müxalifətin növbəti fiaskosu Əli Kərimlinin adına yazıldı. Kreml - Əli Kərimli işbirliyi beləliklə mövcud hakimiyyətin iqtidarını uzatdı.

Gərginlik dönəmindəki missiya

Milli Şuranın Azərbaycan siyasətində görünməsindən 3 il keçməsinə baxmayaraq, qurum Rusiyanın proyekti statusunu itirməyib. Ermənistan - Azərbaycan münaqişəsinə münasibətdə passivlikdə və düşmən tərəfin lehinə sayılacaq dez-informasiyaların ötürülməsində aktiv olması bunu sübut etdi. Milli Şura cəbhədə vəziyyət gərginləşəndən Kremldən alınan tapşırıq üzərindən prosesləri hakimiyyət - xalq qarşıdurması səviyyəsinə daşımaqdan ibarət idi. Hələ siyasi məhbuslar azad olunanda, prezidentin ABŞ-a uğurlu səfəri Qərb və Azərbaycan arasında buzları əridəndə Rusiyadan ölkəmizə qarşı təxribat olacağı gözlənilən idi. Rusiya bunu Ermənistan vasitəsilə etdi. Silahlı qarşıdurmadan əvvəl, Qərb - Azərbaycan münasibətlərinin isti mərhələdə olduğu vaxt Milli Şura və tərəfdarları bu əlaqələrin tezliklə qırılacağı, ABŞ Konqresinin Azərbaycana qarşı sanksiya layihələrinin işə düşəcəyi gündəmə daşıyırdılar. Çünki Qərbin hakimiyyətə qarşı münasibətində kəskin dönüş etməsi Əli Kərimli rəhbərliyindəki Milli Şura tərəfindən qısqanclıqla qarşılandı. Tənqid arsenalı ABŞ-ın üzərində kökləndi. Bu özünü cəbhədə ilk atəş səsləri eşidiləndə və Azərbaycan ordusu Seysulanı azad edəndə göstərdi. Əli Kərimli dərhal ordudakı çatışmazlıqlardan danışmağa başladı. Atəşkəs elan olunanda isə Milli Şura və “Yurd” sədrinin dövlətə qarşı aqressiyası özünün pik həddinə çatdı.

Kremlin tələbi

Milli Şura sədri Cəmil Həsənlinin ordunun uğurlarına görə, hakimiyyəti tənqid marafonundan kənarda qalmasını Əli Kərimli narazılıqla qarşılayıb. Bundan əvvəl professorda hakimiyyətə isti münaisbət formalaşması və iqtidarın yaxın adamı olan Maqsud İbrahimbəyovun dəfn mərasimində iştirak etməsinə görə, əlaqələr qırılmışdı. C.Həsənlinin hakimiyyətə qarşı çıxmaması və Əli Kərimlinin yeni strateji xəttini dəstəkləməməsi Milli Şura sədrinin bu qurumda fəaliyyətini sıfıra endirdi. Gələn məlumatlara görə, Əli Kərimli Cəmil Həsənlinin Qarabağa dəstək mitinqi keçirmək təklifinə də rədd cavabı verərək, onun bu fikrini təhqirlə qarşılayıb. Professor da “Yurd” sədrinin cəbhədə gərginlik dönəmində “Milyaderlər İttifaqı”ndan aldığı pullar hesabına sifarişli statuslar yazdığını ictimailəşdirəcəyini bildirsə də, gözlənilməz cavabla qarşılaşıb. Belə ki, Milli Şura sədrinə 2013-cü ildə həmin klubdan verilən pulların onun da “yeməsi” xatırladılıb. Xüsusi olaraq qeyd olunur ki, cəbhədə vəziyyət gərginləşən kimi Rusiyanın diplomatik mənbələri “Milyaderlər İttifaqı” vasitəsilə Əli Kərimli ilə əlaqə saxlayaraq, Milli Şuranı yenidən fəallaşdırmağa çalışıblar. Bunun müqabilində “Yurd” sədrinə pul da göndərilib.

Verilən pulların müqabilində Əli Kərimlidən müxalifətin radikal qanadını təmsil edən partiyaların və Milli Şuranın Qarabağa dəstək aksiyasının keçirmələrinin qarşısını almaq, sosial şəbəkələrdə ictimai rəyi başqa yönlərə istiqamətlədirmək tələb olunub. Maraqlıdır ki, cəbhədə gərginlik dönəmində Milli Şura və “Yurd” üzvləri (Nurəddin Məmmədli, Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Natiq Ədilov, Ayət İsmayıl və s.), o cümlədən Əli Kərimli sosial şəbəkələr və özlərinə yaxın internet saytlarında yalnız eyni məsələlərin müzakirəsini təşkil edirlər: “Hakimiyyətin ermənilərə qarşı uğursuz hərbi əməliyyatları”.

Əfqan





Həftənin ən çox oxunanları