Yuxarı

AXCP sədri 90 saylı seçki dairəsindən namizəd olacaq?

AXCP sədri 90 saylı  seçki dairəsindən  namizəd olacaq?

 

“90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürmək məsələsi hələ ki, planımda yoxdur”. Bu barədə Modern.az saytına açıqlamasında politoloq Razi Nurullayev deyib. O bildirib ki, təkrar seçki keçiriləcək 90-cı dairədən namizədliyni irəli sürmək haqqında düşünmür:

“Belə bir məsələni nəzərdən keçirməmişəm və bu haqda düşünmürəm. Siyasətdə heç bir şey istisna olunmur”. “Hazırkı durumda namizədliyimi irəli sürüb- sürməməklə bağlı qərar verməmişəm”, - deyə Razi Nurullayev bildirib. Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş Seçki Dairəsi üzrə 1 noyabr 2015-ci il tarixli seçkinin nəticələrini ləğv edib. Bununla da həmin dairədən təkrar mandat almağa hazırlaşan keçmiş bitərəf deputat Çingiz Əsədullayev marafondan kənarlaşdırılıb. Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.





Həftənin ən çox oxunanları