Yuxarı

“Görüntü naminə Məzahir Pənahovu dəyişmək olardı”

“Görüntü naminə Məzahir Pənahovu dəyişmək olardı”

“Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının sədri oldu. Belə çıxır ki, keçiriləcək yeni seçkilərin taleyi indidən həll olundu. Seçkilər texniki baxımdan yüksək səviyyədə olacaq, amma əvvəlki qaydada keçiriləcək”. Bunu “Cümhuriyət”ə açıqlamasında AXCP funksioneri Rafiq Daşdəmirli MSK-nın yeni tərkibinin formalaşmasına münasibət bildirərkən deyib. R.Daşdəmirli qeyd edib ki, Məzahir Pənahovun yerinə başqası da gəlsəydi, heç nə dəyişməyəcəkdi: “Guya ki, Məzahir Pənahovu dəyişib yerinə başqa bir nəfəri MSK-ya sədr qoysaydılar nə dəyişəcəkdi ki? Amma görüntü naminə bunu etmək olardı. Seçkiyə ümidi kəsilmiş insanlarda az da olsa bir fəallıq olardı. Amma bunu etmədilər. Ancaq yeni gələn adam da Məzahir Pənahov yolunu gedəcəkdi. Necə ki, Məzahir Pəmahov özündən qabaqkı ənənəyə sadiq oldu”. AXCP funksioneri vurğulayıb ki, MSK-da da heç bir islahat olmadı: “Bu o deməkdir ki, MSK-da islahat deyilən hec nə olmayacaq. Dünya “bir addım irəli” deyib susacaq, biz də bir addımla razilaşacağıq”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları