Yuxarı

Əli Kərimlinin xaricdəki milyonları

Əli Kərimlinin  xaricdəki milyonları

  O, bu pulları müxalifəti parçaladığına görə alıb Elçibəy: “Bu yol onu uçuruma aparır” Azərbaycan xalqının elə gözəl atalar sözləri, zərb məsələləri var ki, həmin misalları kimliyindəndən və ya insanın tutduğu peşəsindən asılı olmayaraq çəkəndə yerinə düşür. İstər o şəxs rəncbər olsun, istər siyasətçi, istər dövlət qulluqçusu fərq etməz. Gərək fəaliyyətini və ya işini elə qurasan ki, ancaq və ancaq onun bəhrəsini görəsən. Daha o əməllər ki, bumeranq kimi insanın özünə dönəndə kimsəni qınamayasan. Çünki bu əməllər vaxtı ilə əkdiyin toxumun bəhrəsidir. Elə götürək “Yurd” lideri Əli Kərimlini... Baxmayaraq ki, Uca Tanrı heç də hər siyasətçiyə gənc yaşlarında belə şans qapıları açmır. Ancaq Əli Kərimliyə öz şanslarını reallaşdırmaq üçün belə qapılar açıldı. Amma çıfayda... “Baş yurdçu”nun lider olmaq, müəyyən mərhələdə daha irəli getmək imkanları var idi. O isə öz “uzaqgörən siyasi əməlləri” ilə bu şanslarının üstündən xətt çəkdi. Bəlkə də Uca rəbbimiz heç də hamıya nəsib olmayan belə şanslar yaratmaqla cəmiyyətə göstərmək istədi ki, insan yaşından asılı olmayaraq istər dövlət vəzifəsində, istərsə də siyasi karyera da yüksək pilləyə qalxa bilər. Amma pillədə qalmaq və ya daha yüksək məqama qalxmaq heç də asan deyil. Bu bir fürsətdir. Əli Kərimli isə nə bu fürsətdən yararlana, nə də ki, vaxtı ilə hətta yaxın ətrafının və ya qohum-qardaşının ümidlərini belə doğrulda bildi. Doğrulda da bilməzdi. O, buna hazır olmadığı kimi, bu bacarığa da sahib deyildi. Baxmayaraq ki, o natiqlik və dilli-dilavərlik, ancaq bir şirma idi. Kərimlinin iç üzü isə tam fərqli idi. Nəticədə də Allahın ona verdiyi bu “ağılı” ölkənin güclü müxalifət düşərgəsini parçalamağa həsr etdi. Ötən əsrin 90-cı illərinin sonunda, hətta 2000-ci illərin əvvəllərində belə müxalifət istər insan resursu, istər ziyalı, istərsə də kadr potensialı baxımından  MDB məkanında ən güclülərdən idi. MDB məkanında digər elə bir ikinci ölkənin adını çəkmək mümkün deyil ki, həmin zaman üçün belə güclü müxalif düşərgəyə mailk olsun. Əli Kərimli  Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyi “vurmaq” yolu seçərək, əslində, müxalifətin parçalanmasını, zəifliyini istəyənlərə əlbir oldu. Elçibəyə qarşı olanlar Əli Kərimlini vasitə kimi seçdilər və pul-sərvət hərisliyi də Əli Kərimlinin gözünü qamaşdırdı, olmayan ağlının əsl sahibinə çevrildi. Əli Kərimli də alacağı mükafatın müqabilində həmin güclərlə əlbir olub Elçibəyə qarşı “qara piar” kampaniyasının başında durdu. O 90-cı illərin ikinci yarısından etibarən öz nəzarətində olan KİV-lərdə və muzdlu “jurnalistlər” vasitəsilə Elçibəyə qarşı hücumlara başladı. Haşiyə: Həmin zaman “Yurd”un mətbəxində olan jurnalistin dedikləri: “Yurd” lideri hətta jurnalist yazmaq istəməyəndə belə hazır yazıları onların adından çap etdirirdi. Bu işdə onun xüsusi “mirzələri” var idi. Onlar gündəlik olaraq bir neçə belə yazı hazır edirdilər ki, “sifariş” onların ürəyincə olmayanda həmin yazı çapa gedirdi. Elə məqam da olurdu ki, Əli Kərimli Elçibəyin “vurmaq” üçün öz jurnalist korpusuna həftəlik tezislər verirdi və növbəti yazıların istiqamətini göstərirdi. Üzdə özünü Elçibəyə sadiq şəxs kimi göstərməyə cəhd göstərsə də, onun bu “səmimiliyi” yalnız imitasiya idi. Düzdür, hər bir siyasətçinin lider olmaq arzusu var və kimsə bu istəyə qarşı çıxa bilməz. Ancaq normal siyasi mübarizənin də öz metodu və taktikası var. Bu siyasət əxlaqa, mənəviyyata və dəyərlərə söykənərək aparılmalıdır”. Vəziyyət o həddə çatmışdı ki, 90-cı illərin sonunda ona yaradılan şəraitdən başı gicəllənən Əli Kərimli nə yolla olur-olsun AXCP-ni ələ keçirmək,  təşkilata sahib çıxmaq istəyirdi: “Məqsədinə çatmaq üçün qarşısında duran şəxsin kimiyi belə onun umurunda deyildi. O, şəxs Milli Azadlııq Hərəkatının lideri Elçibəy olsa da”. Bütün bunları hədəfləyən Əli Kərimli bir tərəfdən təşkilat daxilində parçalanmanı dərinləşdirir, təşkilat daxilində ciddi çatlar əmələ gətirir, digər tərəfdən də Elçibəyə qarşı çirkin təbliğat maşınını işlədirdi. Onu xüsusi ilə qeyd etmək yerinə düşər ki, Elçibəyin məlum xəstəliyi çox az adama bəlli olduğu halda Əli Kərimli bundan da özü üçün bəhrələnib “xal” toplamağa çalışırdı. O, bunun üçün “Yurd”un jurnalist korpusundan yararlanıb cəmiyyətə müxtəlif şayiələr yayırdı. Elə onun bu fəaliyyətinin nəticəsi olaraq 1999-cu ildə AXCP demək olar ki, parçalanma həddinə çatmışdı. Ancaq Elçibəyin böyüklüyü və siyasi uzaqgörənliyi nəticəsində bu təşkilatı dağıtmaq mümkün olmurdu. Bu da Əli Kərimlini həddən artıq hiddətləndirirdi. Əli Kərimlinin bu oyununu Əbülfəz Elçibəy də yaxşı bilirdi. Bəzən Əli Kərimlinin bu hərəkətlərinə heyfslənirdi: “Deyirdi ki, axı bu Əli Kərimli ağlını niyə düzgün istiqamətə yönəldib proseslərə geniş baxa bilmir. Bu şəxs özü özünü məhv etmək yolunu seçib. Nə qədər çalışırsan ki, tutduğu səhv yoldan döndərəsən, yenə özünü bu yola çəkir.. Ancaq bu yolla o heç nəyə nail ola bilməyəcək. Heyf, ki, özünü məhv edir”. Elə zaman olurdu ki, Əbülfəz Elçibəy Əli Kərimlinin bu yanlış hərəkətləri ilə bağlı fikirlərin açıq söyləyirdi. Deyirdi ki, bu yol onu uçuruma aparır və uçuruma yuvarlananda kimsə onun qarşısını ala bilməyəcək. “Bizim getdiyimiz yol unun düşündüyü kimi, heç də yaxın perspektiv üçün deyil, uzun bir yoldur, gərək ona hazır olasan. Bu isə insandan ağıl, siyasi uzaqgörənlik, bacarıq tələb edir”.  Əli Kərimli gələcəyi yox qısa zaman perspektivdə baş verənlərə başını qatıb istədiyinə nail olmaq istəyirdi və bu yola varlanmaq istəyirdi. Bəlkə də elə onun pula olan hərisliyi onun məhvinə yol açırdı. Çünki o müxalifəti gözdən salmaq üçün müəyyən qüvvələrdən pul alırdı. Aldığı da az olmurdu. Bu gün xarici banklarda yatan o milyonlar elə dövrdə icra etdiyi sifarişlərin nəticəsində toplanıb. Əfqan  





Həftənin ən çox oxunanları