Yuxarı

Müxalifətdən AXCP-nin ideyasına dəstək

Müxalifətdən  AXCP-nin  ideyasına dəstək

  Əhməd Oruc: “Millətin bütün elitasının səfərbər olunması lazımdır” Əli Orucov: “Vahid Qərar Şurasına ehtiyac olacaq” AXCP Qarabağ danışıqları ilə bağlı Azərbaycan dövlətinin maraqlarının təmin olunması, Azərbaycan dövlət başçısının sülh danışıqlarında xalqımızın bütün zümrələrinin maraq və istəklərini özündə ehtiva edən mövqe sərgiləməsi üçün “Vahid Qərar Şurası”nın yaradılması təklifini irəli sürüb. Vahid Qərar Şurasının məram və məqsədi dövlətin taleyüklü məsələsi olan Qarabağın azadlığı məsələsində Xalq və Dövlətin bir orqanizm kimi çalışmasını ortaya qoymaqdır. Azadlıq Partiyasının sədri Əhməd Oruc “Cümhuriyət”ə şərhində yekdil qərarlar üçün bu cür qurumların lazımlı olduğunu bildirdi: “Prinsipcə müharibə vəziyyətində millətin bütün elitasının səfərbər olunması hansı şəkildəsə lazımdır. Qurultaylar, tədbirlər keçirilir. Və o təşkilatdan, şuradan yekdil qərar çıxarılır. Amma bütün qərarların hakimiyyət strukturları, vəzifəli insanlar tərəfindən verilməsini daha doğru və məsuliyyətli hesab edirəm”. AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, dövlətin maraqları pozulsa, bu şuraya böyük ehtiyac yaranacaq: “Qarabağla bağlı məsələdə hər kəsin fikri eynidir. Hər kəs torpaqlarımızın, ərazi bütövlüyümüzün qorunmasını istəyir. Tələb bundan ibarətdir. Ölkəmizin suverənliyinin qorunması məsələsində hər kəs yekdil fikirdədir. Nəinki müxalifət və ya digər təşkilatlar, xalqın bütün kəsimi bu mövqedən çıxış etdi. Son hadisələr də buna əyani sübutdur. Hakimiyyətin başlıca funksiyası ondan ibarətdir ki, dövlətin ümumi maraqlarını qorusun. Bu maraqları qorumağa da borcludurlar. Əgər bu maraqların pozulacağı ilə hər hansı bir şübhə, ehtimal varsa, o zaman bu təklifə böyük ehtiyac duyulacaq. Ancaq indi görünən odur ki, Qarbağla bağlı aparılan siyasətdə ərazi bütövlüyümüzün təmin olnması ciddi tələb kimi görünür”. Vilayət Muxtar  





Həftənin ən çox oxunanları