Yuxarı

Tofiq Yaqublu Müsavatla yollarını ayırır?

Tofiq Yaqublu Müsavatla  yollarını ayırır?

  Yeni post gündəmdə... Müsavat Partiyası ətrafında qalmaqallar səngimək bilmir. İndi də Arif Hacılının dağıdıcı siyasətinə etiraz edən sədr müavini Tofiq Yaqublunun Müsavatdan çıxarılma məsələsi gündəmə gəlib. Məlumatlara görə, Tofiq Yaqublu Müsavat Partiyasından ayrıldıqdan sonra “Ağ blok”a sədr gedəcək. Məsələyə aydınlıq gətirmək üçün Cebhe.info əməkdaşı Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu ilə əlaqə saxlayıb. T.Yaqublu “Azərbaycanda seçkilər ədalətli keçirilir, hakimiyyət korrupsioner deyil, siyasi məhbus yoxdur” sözləri nə qədər həqiqətdirsə, bu məsələ də bir o qədər doğrudur”. “Ağ blok” İdarə Heyətinin sədri Tural Abbaslı da bu barədə xəbərlərdən məlumatsız olduğunu bildirib: “Bu, o qədər də inandırıcı deyil. Tofiq Yaqublunun yaxın zamanlarda Müsavat Partiyasını tərk edəcəyinə inanmıram. Amma ümumiyyətlə, Tofiq Yaqubluya təzyiqlərin olacağını mən əvvəlcədən demişdim. Bu tək Tofiq Yaqubluya aid də deyil, azad, sərbəst və demokratik düşünən bütün insanlara qarşı bu dəqiqə partiya daxilində siyasi terror var. Ancaq mən bilən hələlik Tofiq Yaqublunun elə bir fikri yoxdur. “Ağ blok”a nə sədr, nə də müavin gəlir. Amma ümumiyyətlə, gəlmək istəsə, qapımız açıqdır və təbii ki, bu, bizə də xoş olar. Bu cür dəyərli insanlarla biz zatən çiyin-çiyinə vuruşmuşuq. Yenə də çiyin-çiyinə mübarizə aparırıq, amma eyni təşkilatda olmaq da gözəl olardı”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları