Yuxarı

AXCP “Vahid Qərar Şurası”nı ictimai müzakirəyə çıxarır

AXCP “Vahid Qərar Şurası”nı  ictimai müzakirəyə çıxarır

 

Aprelin 29-da Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Beynəlxalq Mətbuat Mərkəzində (BMM) növbəti tədbirini keçirəcək. Bu barədə Cebhe.info-ya AXCP-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə partiyanın Qarabağ probleminin həlli ilə bağlı hökumətə təklif etdiyi “Vahid Qərar Şurası” (VQŞ) müzakirəyə çıxarılacaq. Müzakirələrdə ictimai-siyasi xadimlər, ekspertlər, siyasi partiya və ictimai təşkilatların nümayəndələri, ziyalılar iştirak edəcək. Tədbir saat 12:00-da BMM-in dəyirmi zalında baş tutacaq.

Vilayət Muxtar

 





Həftənin ən çox oxunanları