Yuxarı

AXCP-də yeni təyinat

AXCP-də yeni təyinat

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev yeni sərəncam imzalayıb.

Cebhe.info xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nizamnaməsinin Vİ.10.3 maddəsini rəhbər tutaraq Kamil Şirxan oğlu Bədəlov AXCP sədrinin siyasi məsələlər üzrə müşaviri təyin edilsin.

Kamil Bədəlov bununla bağlı Cebhe.info-ya açıqlamasında AXCP-nin tutduğu siyasi yolu yüksək qiymətləndirdiyini deyib:

“Razi Nurullayev Azərbaycan siyasətində çox uğurlu addımlar atıb və atmaqda da davam edir. AXCP çox köklü bir partiyadır və Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm bir rol oynadığı üçün mən bu təklifi böyük məmuniyyətlə qəbul etdim. Hesab edirəm ki, gələcəkdə də Razi Nurullayevin rəhbərliyi ilə AXCP çox mühüm, tarixi uğurlara imza atacaq”.

Qeyd edək ki, Kamil Bədəlov “Qərb Universitetində” politologiya ixtisası üzrə ali təhsil alıb.





Həftənin ən çox oxunanları