Yuxarı

Elçibəy Əli Kərimli haqqında: “Qorxuram 50 yaşında da uşaq qalsın”

Elçibəy Əli Kərimli haqqında: “Qorxuram 50 yaşında da uşaq qalsın”

402E20AE-9660-4930-A67F-6DD18ADF8022_mw1024_s_nBu günlərdə tanınmış jurnalist Əvəz Zeynallının Əli Kərimli ilə silsilə müsahibəsi dərc olundu. Kərimovçuların bəh-bəhlə cəmiyyətə sırıdığı və “ciddi mətləblərdən bəhs olunan” müsahibənin böyük hissəsi Kərimlinin ənənəvi qeyri-səmimi gülüşlərindən, sualdan yayınmağa xidmət edən qısa cavablarından ibarətdir. Müsahibə boyu Əli Kərimlinin eqoizmi, özündənrazılığı, hətta eyni düşərgədə, eyni partiyada olduğu insanlara yuxarıdan baxması açıq-aydın hiss olunurdu. Elə bu müştəbehlik Kərimliyə həqiqəti tamam unutdurub və o, oxucunu cəfəng populizmlə aldatmağa çalışıb.Amma həqiqət üstündən illər keçdikdən sonra da unudulmayacaq qədər sərtdir və “insanlar satqın doğulmurlar” deyən Kərimlinin satqınlıq tarixi də bu sıraya aiddir. Bu adam öz tələbə yoldaşlarına, birgə yaratdığı təşkilatın təsisçilərinə, partiyada birgə çalışdığı insanlara, ona çox böyük dəstək olmuş AXCP sədri mərhum Əbülfəz Elçibəyə və nəhayət, öz müavinlərinə də xəyanət etməyi bacaran bir insandır. Siyasətlə məşğul olan hər kəs bilir ki, Əli Kərimli Azərbaycan siyasətinin xəyanət simvoludur. Tarixə nəzər yetirək: Əbülfəz Elçibəy dünyasını dəyişən kimi partiyanın ali orqanında təmsil olunan 19 nəfərlik AXCP Rəyasət Heyətinin bir üzvü belə onun yanında qalmadı. Kimlər idi bunlar? Novella Cəfəroğlu, Akif İslamzadə, İbrahim Vəliyev, Asim Mollazadə,  Mirmahmud Mirəlioğlu, Bahəddin Həziyev, Qüdrət Həsənquliyev, Fuad Mustafayev, Əliməmməd Nuriyev, Arif Paşa, Xaləddin İbrahimli , Qulamhüseyn Əlibəyli, Əli Məsimli və s.  Əbülfəz Elçibəyin bütün müavinlərindən, müşavirlərindən biri belə Əli Kərimli ilə yolunu davam etdirmədi. Heç bir partiyada bu qədər istefa verən olmayıb Və partiyaya rəhbərlik edən şəxsə qarşı bu qədər etimadsızlıq göstərilməyib. İndi baxın görün, kimlər var onun yanında?Motellərdə videosu çəkilən Natiq Ədilov Əli Kərimlinin Rəyasət Heyətinin üzvü, söz sahibi olub.Əli Kərimli rəzil gündədir. İş orasındadır ki, nəinki köhnə hərəkatçılar, bütün cəbhəçilər Əli Kərimlidən imtina edir, sonradan “Xalq Cəbhəsi” sözünə görə ona qoşulan şəxslər də əsl simasını görəndən sonra dərhal istefa verib, uzaqlaşırlar.  Siyasətdə satqınlığın ilk nümunəsi 1995-2005-illərdə bu gün Kərimlinin bəyənmədiyi müxalifətçilər meydanlarda, küçələrdə az qala hər həftə etiraz aksiyaları keçirəndə, minlərlə insan bu aksiyalarda iştirak etdiyi üçün həbs ediləndə, işgəncəyə məruz qalanda Əli Kərimli və ətrafındakı qrupu hakimiyyətlə sövdələşmə nəticəsində aldıqları deputat mandatı ilə parlamentdə oturmuşdular. Azərbaycan müxalifətində satqınlığın, hakimiyyətlə alverə getmənin əsasını Əli Kərimlinin qoyduğu hər kəsə məlumdur.Hakimiyyətdən mandat payı almaqda Əli Kərimlinin təcrübəsi çox böyükdür.Bu təcrübə hətta rekord sayıla bilər. İndi belə çıxır - o yerdə ki, Əli Kərimli var, bu demokratiyadır,  o yerdə ki, Əli Kərimli yoxdur, bu satqınlıqdır,  ağ bayraq qaldırmaqdır?  Əli Kərimli çox yaxşı bilir ki, hakimiyyətdən mandat payını hansı yolla almaq olur. O, çox yaxşı bilir- müxalifətdə ola-ola lüks həyatı necə yaşayırlar, müxalifətdə ola-ola geniş imkanlara necə malik olurlar, bankda böyük məbləğli hesabları necə açırlar. Bunların hamısını Əli Kərimli öz təcrübəsindən çox yaxşı bilir. O, mandat payı almaq yolunu əzbər bilir. Bu işdə hətta kurs açıb, kim istəsə ona dərs də keçə, repetitorluq edə bilər.  Nə xalq hərəkatında bu adamın xüsusi xidmətləri, nə sonrakı hərəkatda müsbət hərəkətləri olub.Təsadüfən necəsə gəlib Elçibəy hakimiyyəti zamanında dövlət katibi olmuşdu.Onun həmin dövrdə hakimiyyət daxilində hansı oyunlardan çıxdığının şahidi Qurban Məmmədovdur.Əli Kərimli Əbülfəz Elçibəyi satıb, müxalifətə xəyanət edib.Bu adamda bir kompleks var, özü satqındır deyə çalışır ki, mümkün qədər çox insanın haqqında satqın obrazı yaratsın.Özü o qədər oyunlarda iştirak edib ki, elə bilir hər kəs onun kimidir.  Əli Kərimlinin Əbülfəz Elçibəyə qarşı apardığı mübarizənin arxasında hansı xəyanətlərin və satqınçılığın dayandığını, eləcə də Kərimlinin yanındakıların da kimlər olduğunu xatırlayanlar yaxşı bilirlər.Ona görə də kimlərinsə tərəfindən tarixin bu dərəcədə təhrif olunması heç də ciddi qəbul edilmir.Azərbaycan Xalq Cəbhəsində satqınlığın əsasını Əli Kərimli və bu gün onun yanında olan adamlar qoyub.Əslində Azərbaycanda satqın dedikdə, birinci olaraq, Əli Kərimli yada düşür: “Onu da qeyd edim ki, bu gün Əli Kərimlinin “satılmamasını” iddia edən tərəflərin bu cür danışmağa mənəvi haqqı yoxdur. Çünki xəyanət, satqınlıq dedikdə ilk olaraq, təsəvvürlərdə məhz Əli Kərimlinin obrazı canlanır.Facebook müxalifətçiliyi, yaxud 50 yaşında da uşaq qalan siyasətçi Əli Kərimlinin avtoritar düşüncəsi, nəinki cəmiyyətin digər kəsiminə, iqtidara və ya digər müxalif qüvvələrə deyil, hətta öz partiyadaşlarına belə qısqanclığı, fikir müxtəlifliyinə dözümsüzlüyü, aqressiyası, bizim demokratiya uğrunda səmimi mübarizəmizi əngəlləyirdi və yenə əngəlləməkdə davam edir.  Müsahibədə oxucular tərəfindən belə Kərimlinin siyasi fəaliyyətinin facebookdan ibarət olması üzə vurulur. Əli Kərimlinin siyasəti kim-kimi “like” edir, kim kimə “comment” yazır və kim-kimi paylaşır kimi mənasız işlərdən ibarətdir. Ən xırda detalları belə özü edir.“Facebook” sosial şəbəkəsində təzə səhifə açan 15-16 yaşlı gənclər ilk əvvəl xoşlayır ki, dostları bunun paylaşımlarını "like" eləsin.Bax, bu gün Əli Kərimli həmin gənclər kimi "like" qazananda sevinənlərdəndir.Əbülfəz Elçibəy Əli Kərimli haqqında demişdi ki, qorxuram Əli Kərimli 50 yaşında da uşaq qalsın.Görünür Əbülfəz bəy çox haqlı imiş. Bu adam hələ də uşaq psixologiyasından ayılmayıb. “Facebook”a saxta profilləri gətirən adam Əli Kərimlidir. Deyilənə görə, özü də daxil olmaqla ətrafında olan təqribən 50 nəfərin hər birisinə 200-300 saxta profillər açdırb və bununla özünə "like" topladır.Saxta profillərlə insanları təhqir edən şəxslər hər yerdə Əli Kərimlinin təbliğatını aparır.Bu da o deməkdir ki, bütün bunların göstərişini Əli Kərimli verir.  Elçibəy irsindən tam imtina Son 15 il ərzində Kərimlinin partiya daxilində apardığı kadr dəyişikliklərinə baxanda aydın olur ki, Əli Kərimlinin ən köklü məqsədlərindən biri və birincisi AXCP-ni Əbülfəz Elçibəy irsindən tam təmizləməkdir. Beləliklə partiya rəhbərliyi tamamilə Əli Kərimliyə sədaqətli "yurd"çulardan təşkil olundu.Əbülfəz Elçibəy irsinə sədaqətli olan partiyanın rayon təşkilat üzvləri isə demək olar ki, artıq 10 ildən çoxdur partiyanın heç bir tədbirinə qatılmır və faktiki olaraq partiyadan kənarda dayanırlar. Sual verilə bilər ki, nədən Əli Kərimli Əbülfəz Elçibəy tərəfdarlarını partiyadan təmizləyir?. Bunun cavabı sadədir; Əbülfəz Elçibəyin hələ sağ olduğu zamanlarda və dünyasını dəyişməsindən sonra Əli Kərimli hakimiyyətlə ciddi işbirliyinə getmişdi və buna görə o, klassik cəbhəçilər tərəfindən xəyanətkar kimi qəbul olunurdu. Əli Kərimli keçmişi unutdurmaq üçün elə keçmişdən imtina etmək xətti seçdi və buna görə onun xəyanətini bilən hər kəsi xəyanət damğası ilə partiyadan kənarlaşdırdı.Bunu da qeyd edək ki, ümumiyyətlə Əli Kərimlidə ciddi natamamlıq kompleksi mövcuddur və buna görə o, avtoritar idarəetməyə daha çox meyillidir.  Dostlarının belə tərk etdiyi adam Əli Kərimliyə Allah elə tale qismət eləmişdi ki, o, Əbülfəz Elçibəyin yanında müəyyən postu tutmuşdu, onun tərəfindən yüksək qiymətləndirilmişdi. Hüquq təhsili almışdı.Etiraf etmək yerinə düşər ki, siyasətçi üçün lazım olan bir çox xüsusiyyətlər var ki, Əli Kərimli təbii şəkildə onlara malik idi.Boy-buxun, davranış, ritorika və s. Amma Əli Kərimli özündə olan istedadı, bacarığı yanlış yolda, qeyri-sağlam təfəkkür istiqamətində sərf elədi.Ona görə də Azərbaycan müxalifətində Əli Kərimli birmənalı qiymətləndirilir. İlk baxışda danışığına, ritorikasına görə onu vətənpərvər, ağıllı, xalqı üçün hər şeyə qurban gedə bilən adam kimi görünsə də, dərindən tanıdıqca, pərdəarxasında apardığı hərəkətlərə baxanda bu adamın siyasət üçün demək olar ki, zərərli, öz xalqının taleyini düşünməyən, daha çox bər-bəzəkli həyata meyl edən, xüsusi hərisliklə sərvətə və hakimiyyətə can atan adam olduğu aydın olur.  O, 27 yaşında Dövlət Katibi vəzifəsinə gəlmişdi, bir neçə dəfə hakimiyyətlə oyunlara gedib parlamentə düşdü. Allahın insana verdiyi belə şansları o, elə qiymətləndirməli idi ki, divident kimi sonrakı inkişafına xidmət etsin.Amma təəssüf ki, Əli Kərimlinin ətrafında olan öz dostları, qrup və sinif yoldaşları belə onun əleyhinə çıxış edirlər. Fazil Mustafa, Qüdrət Həsənquliyev və Əliməmməd Nuriyevin hər üçü onunla bir yerdə oxuyub. Amma onların heç biri Əli Kərimlinin yanında deyil. Bir sözlə, onu yaxından tanıdıqca uzaqlaşdılar. Kim ki, onu tanımır, hələ də onunladır. Amma müvəqqəti...   Ərtoğrul Hüseynov​ 





Həftənin ən çox oxunanları