Yuxarı

Ermənistanın inkişafına aparan yol Azərbaycandan keçir

Ermənistanın inkişafına aparan yol Azərbaycandan keçir

“Ermənistan regionda sabitliyin, sülhün bərqərarı və çökmüş iqtisadiyyatının inkişafı üçün Azərbaycanla münasibətlərini bərpa etməlidir”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini Ehtiram Mehtiyev deyib.

E.Mehtiyev qeyd edib ki, bu münasibətlərin qurulması Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir:

“İqtisadiyyatı İranın və Rusiyanın ümidinə qalan Ermənistan işğalçı siyasətindən geri çəkilməlidir. Bu gün Ermənistanın Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərinin olmaması, bütün qlobal enerji və nəqliyyat layihələrindən kənarda qalması onun iqtisadi inkişafını getdikcə pis vəziyyətə salır. Ermənistan xalqı bilməlidir ki, hazırkı hakimiyyət xalqın gələcəyini düşünmür və bu siyasət ölkəni məhvə doğru aparır. Rusiyaya sığınmaqla regionda heç bir inkişafa nail ola bilməyən Ermənistan son 20 ildə regionda yeritdiyi siyasətin nə qədər effektsiz və perspektivsiz olduğunu bilməlidir. Eyni zamanda bu münasibətlər zamanında gərginləşməsəydi, nəqliyyat layihələrinin əksəriyəti Gürcüstandan deyil, birbaşa Ermənistan ərazisindən keçərdi. Lakin özünün işğalçı siyasəti bu gün Ermənistanı bütün beynəlxalq və regional layihələrdən kənarda saxlayıb. Qərbdən Türkiyə ilə, şərqdən Azərbaycanla qapıları bağlı olan, şimaldan Gürcüstanla münasibətləri soyuq olan Ermənistan bölgənin ən zəif dövlətinə çevrilib. Bu gün Azərbaycan və Türkiyənin tətbiq etdiyi blokada şəraiti olmasaydı, Ermənistan iqtisadiyyatı Gürcüstan kimi inkişaf edərdi. Ancaq ermənilərin işğalçı siyasətdən geri çəkilib, dəyişən dünyanın şərtlərinə uyğunlaşa biləcəkləri şübhə doğurur. Nə qədər ki, Ermənistanın işğalçı mövqeyi aradan qalxmayıb, bu münasibətlər düzəlməyəcək. Azərbaycan öz tarixi torpaqlarından geri çəkilməyəcək”.

Mənsur





Həftənin ən çox oxunanları