Yuxarı

AXCP sədri: "Yurd-Müsavat “birliyini oyundur”

AXCP sədri:

“Müsavat Partiyası və "Yurd" Birliyi arasında əməkdaşlıqla bağlı danışıqların getdiyi barədə jurnalistlər tərəfindən mənə çoxlu suallar ünvanlanır və dünənə kimi müqavimət göstərərək cavab vermirdim. Marağımda olan məsələ deyildi. Ancaq nəhayət çoxsaylı sualları cavablandırmaq qərarına gəldim. Bu şəkildə gedən oyunlara qarşıyam. Yaddaşımda olan faktlar ondan ibarətdir ki, əvvələr də bir neçə dəfə Əli Kərimlinin Yurd təşkilatı və Müsavat Partiyası birləşmək üçün müəyyən danışıqlar aparıblar. Bir neçə dəfə koalisiya şəklində birləşiblər və hər dəfə də çox pis şəkildə qalmaqalla ayrılıblar”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev iki qurum təmsilçilərinin birləşmək barədə müzakirələrinə münasibət bildirərkən deyib.

Partiya sdrinin sözlərinə görə, bu “birləşmə” hər bir zaman Azərbaycan xalqında müəyyən gözlənti yaradıb, sonra o gözlənti məhv edilib:

“Mənə belə gəlir ki, bu cür birləşmə meyilləri, çağırışları insanları qıcıqlandırır. Hər kəs çox gözəl bilir ki, hər iki təşkilatın başında dayanan insanların iddiası çox böyükdür və heç biri digərinin vahid namizədliyini qəbul etməz. Onun üçün də birləşmələri mümkün deyil. Bu, sadəcə insanların başını qatmaq üçün ortaya atılan bir oyundur. Bu əməkdaşlıq mümkün deyil, indiyə qədər də mümkün olmayıb. Partiyalar bir-birinə qarşı satqınlıqdan tutmuş, xəyanətə qədər ittihamlar irəli sürüblər. Əli Kərimli üçün Müsavat çoxdan hakimiyyətə satılmış bir partiyadır. Müsavatın lideri İsa Qəmbər haqqında “hakimiyyətə satılıb” iddiaları irəli sürülüb. Arif Hacılı haqqında da o cür iddilar son günlərə qədər irəli sürülürdü. Bundan sonra yenə onlar birləşmək, əməkdaşlıq barədə məsələlər irəli atırlarsa, bu qəbuledilməzdir. İnsanlar artıq belə bir siyasəti qəbul etmək istəmir. Bunlar sadəcə kimlərinsə məqsədinə xidmət etmək üçün ortaya atılmış bir oyundur".

 





Həftənin ən çox oxunanları