Yuxarı

Artur Rəsizadə Konstitusiyanı pozdu

Artur Rəsizadə Konstitusiyanı pozdu

“Qanundakı əvvəlki şərtlər qala-qala Nazirlər Kabineti yeni şərtlər müəyyən edib. Bu da qanunvericilikdəki iyerarxiyaya dair konstitusiya normasını aşkar şəkildə pozur”.

Cebhe.info-nun məlumatına görə, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

O, Nazirlər Kabinetinin tarixi abidələrin sökülməsinə yol açan qərarının təəssüratı altında olarkən "Azərbaycan" qəzetində onu heyrətləndirən daha bir qərar gördüyünü bildirib: “Nazirlər Kabineti özünün 27 may 2016-cı il tarixli qərarı ilə 1999-cu ildə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”yə dəyişiklik edib. Əslində dəyişiklik özü təəccüblü deyil. Təəccüb doğuran onun edilməsi prosesidir. Məsələ burasındadır ki, "D" və "DE" kateqoriyalı sürücülük vəsiqələrinin verilməsi şərtləri "Yol hərəkəti haqqında" Qanunda təsbit olunub. Qanundakı əvvəlki şərtlər qala-qala Nazirlər Kabineti yeni şərtlər müəyyən edib. Bu da qanunvericilikdəki iyerarxiyaya dair konstitusiya normasını aşkar şəkildə pozur.

İkinci qəribəlik isə odur ki, qərarda “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”yə dəyişiklik edilməsi deyilir, amma dəyişikliklərdən biri tam fərqli bir sənədə - “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə edilir. Ölkəmizin milli qanunvericilik sistemi çox "gənc"dir, cəmi 25 yaşı var. Bu sistemdə kələfin ucunu indidən itirsək, sonrası yaxşı olmayacaq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları