Yuxarı

REAL-dan bəyənat: “İlqar Məmmədovun flayerləri “bomba” imiş”

REAL-dan bəyənat: “İlqar Məmmədovun flayerləri “bomba” imiş”

Son iki gündür "Qanun" nəşriyyatında yoxlamalar haqqında məlumatlar yayılmaqdadır. REAL bəyan edir ki, bu "yoxlamaların" səbəbi İlqar Məmmədovun ad günü münasibətilə hazırlanmış flayerlərin müsadirəsi olub.

Cebhe.info xəbər verir ki, bu barədə REAL Hərəkatı Məclisinin sədri Erkin Qədirli bildirib.

Onun sözlərinə görə, REAL bu flayerləri təşkilatın həbsdə olan sədri İlqar Məmmədovun ad günü tədbirləri çərçivəsində sifariş verib və 1 milyon insanın sədrin həyat yolu və qanunsuz həbsi haqqında məlumatlandırmaq məqsədi daşıyıb:

“REAL bəyan edir ki, flayerlərin müsadirəsi, bu cür operativ reaksiya hakimiyyətin bir daha cümhuriyyət ideyalarından və təşkilatın 3 ildən çoxdur ki, qanunsuz olaraq həbsdə saxlanılan sədrindən çəkindiyini sübut edir. Hakimiyyət nəşriyyatdakı yoxlamalara "bomba axtarmaq" adı qoymaqla bu flayerlərin yayılmasının "bomba" effekti yaradacağını düşünürmüş. REAL Azərbaycan ictimaiyyətini əmin edir ki, tərəqqinin, tərəqqipərvərlərin qarşısı alınmazdır. Hökumətin bütün fiziki və maddi gücü həqiqət qarşısında acizdir.Cümhuriyyət alternativi mütləqiyyətin reallaşmasına mane ola bilməyəcəyi bir zərurətdir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları