Yuxarı

AXCP sədrinin müşaviri: “Vahid Qərar Şurası xalq və dövlət arasında birlik yaradacaq”

AXCP sədrinin müşaviri: “Vahid Qərar Şurası xalq və dövlət arasında birlik yaradacaq”

““Vahid Qərar Şurası”nın məram və məqsədi Qarabağ münaqişəsinin həlli yolunda dövlətin təyin etdiyi nümayəndələri, parlament üzvləri, ictimai-siyasi təbəqə, siyasi partiyalar, yaradıcı elmi təbəqə, tanınmış nüfuzlu şəxslər, QHT-lər, KİV nümayəndələrinin vahid qərarına nail olmaq üçün müzakirələr aparmaq və bu müzakirələrin nəticəsində həm dövlət, həm ictimai-siyasi təbəqə, həm də ölkə vətəndaşlarının vahid mövqeyinə nail olmaqdır”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin siyasi məsələlər üzrə müşaviri Kamil Bədəlov VQŞ-nin 12 iyulda Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək növbəti ictimai müzakirəsi haqqında danışarkən deyib.

K.Bədəlov qeyd edib ki, növbəti müzakirədə VQŞ-nin Məşvərət Şurasının yaradılması üçün mühüm qərarlar veriləcək:

“Çünki bu məsələdə hər şeyi iqtidardan tələb etmək doğru deyil. Burada xalq və dövlət arasında hansısa formada birliyinə nail olmaq lazımdır. Düşünürük ki, bu, ən doğru yoldur. Növbəti müzakirənin keçirilməsi üçün Prezident Aparatına, Milli Məclis üzvlərinə, ictimai-siyasi təşkilatlara, KİV nümayəndələrinə və o cümlədən elmi-ədəbi yaradıcı qurumlara dəvət göndərilib. Növbəti müzakirədə Vahid Qərar Şurasının işçi qrupu statusunda olan Məşvərət Məclisinin tam formalaşma mərhələsi üçün mühüm qərarlar veriləcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları