Yuxarı

“Terrorun məqsədi erkən seçkiləri gündəmə gətirməkdir”

“Terrorun məqsədi erkən seçkiləri gündəmə gətirməkdir”

“Türkiyədə baş verən terror aktı təsadüfi deyil. Bir müddət öncə verilmiş “İstanbulu qan gölünə çevirəcəyik” mesajını yada salaq. Böyük Britaniyanın çıxması Avropa Birliyinin parçalanmasını qaçılmaz edir. Bu, başqa dövlətlərə də siraət etməyə başlayırdı. Mətbuat orqanlarının verdiyi məlumata görə, Balkan ölkələrindən və Fransadan müəyyən işartıların gəlməsi duyulurdu. Bu isə türk analitiklərinin gözündən yayına bilməzdi”.

Bunu “Cümhuriyət”ə açıqlamasında AXCP funksioneri Rafiq Daşdəmirli Türkiyədə baş verən terror hadisəsi barədə danışarkən deyib. R.Daşdəmirli hesab edir ki, terrorun məqsədi Türkiyədə erkən seçimləri gündəmə gətirməkdir:

“Almaniya kansleri Anqela Merkelin “Qarabağın açarı Rusiyadadır” bəyanatı təsadüfi deyildi. Bir müddət öncə Almaniya Bundestaqının qondarma soyqırım haqqında qərarı, həm də bu təklifin türk əsilli deputatları tərəfindən verilməsi, Türkiyə siyasətinə bir mesaj xarakteri daşıyırdı. Türkiyədə yeni seçilmiş baş nazirin “biz daha çox yaxın dostlarımızı artırmalıyıq” mesajı yaxın qonşularla yaxınlaşma siyasətinin başlanğıcından xəbər verirdi. Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarə olayına görə, Rusiyadan üzr istəməsinə aid məktubu yayıldı. Türkiyə Rusiyadan üzr istədi. Türkiyə-İsrail münasibətlərinin yaxınlaşmasını gözləri götürməyənlər, İŞİD-in öncədən İstanbul haqda verdiyi hədələrin vaxtının çatdığını sözlə deyil, əməllə həyata keçirdilər. Bu məqsədli şəkildə edilmiş terror hadisəsi ondan ötrü edildi ki, yenə Türkiyədə ara qarışsın, siyasi gündəm dəyişsin. Bundan istifadə edənlər erkən seçkiləri gündəmə daşıya bilsinlər”.

AXCP funksioneri hesab edir ki, ola bilər ki, Avropanı bürümüş iqtisadi və siyasi böhran Türkiyədən də yan keçməsin:

“Bunu anlayan Türkiyə rəhbərləri dünən düşmən saydıqları İsrail və Rusiya ilə dost olmağı üstün tutdular. Rusiya və İsrail Türkiyəyə sırf iqtisadi müttəfiq kimi baxmağı üstün tutaraq barışığa meylləndilər. Çünki iqtisadi böhrandan çıxmağın yolu yaxın qonşudan səmərəli istifadədən kecdiyini bilirdilər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları