Yuxarı

"AXCP-nin “Vahid Qərar Şurası” yeni və orijinal təklifdir”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qarabağ danışıqları ilə bağlı Azərbaycan dövlətinin maraqlarının təmin olunması, Azərbaycan dövlət başçısının sülh danışıqlarında xalqımızın bütün zümrələrinin maraq və istəklərini özündə ehtiva edən mövqe sərgiləməsi üçün “Vahid Qərar Şurası”nın yaradılması təklifini irəli sürüb. Bu təklif ictimaiyyətdə geniş müzakirə predmentinə çevrilib. AXCP rəhbərliyi daha sonra 29 aprel tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) VQŞ-nin geniş müzakirəsini keçirib. Tədbir iştirakçıları AXCP-nin bu təklifini dəstəklədiklərini bildiriblər. Qeyd edək ki, AXCP 15 iyul tarixində BMM-də VQŞ-nin növbəti ictimai müzakirəsini keçirəcək.

AXCP-nin Vahid Qərar Şurası təklifinə münasibət bildirən Ümid Partiyasının icra aparatının rəhbəri Taleh Əliyev Cebhe.info-ya açıqlamasında AXCP-nin bu təklifini yeni və orijinal yanaşma olduğunu dedi. Onun sözlərinə görə, istər iqtidar, istərsə də siyasi müxalifət heç vaxt bu cür təkliflə çıxış etməyib:

“Vahid Qərar Şurası” Azərbaycan üçün yeni bir yanaşmadır. Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı istər iqtidar, istərsə də siyasi müxalifət heç vaxt belə bir təkliflə çıxış etməyib.

Əgər “Vahid Qərar Şurası” yaradılarsa, burada siyasi qüvvələrin ortaq mövqeyilə yanaşı, həm də cəmiyyətin bu məsələyə etimadı göstərilər və bunun siyasi hakimiyyət, birbaşa prezident tərəfindən dəstəklənərək qanun halına gətirilməsi “Vahid Qərar Şurasını” daha təsirli bir mexanizmə çevirə bilər. Amma təbii ki, “Vahid Qərar Şurası”nın hazırda təklif olunan forması fikir müəlliflərinin də qeyd etdiyi kimi ilkin bir layihədir. Sənədin özündə təqdim olunan fikirlər hesab edirəm ki, yeni olmaqla yanaşı, həm də orijinal yanaşmadır. Sadəcə bu mexanizmin təkminləşdirilməsinə ehtiyac var”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları