Yuxarı

AXCP şöbə sədrləri toplandı

AXCP şöbə sədrləri toplandı

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Bakı və ətraf rayonların şöbə sədrlərinin növbəti görüşü keçirilib.

Cebhe.info-ya bu barədə AXCP Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə AXCP-nin təklif etdiyi “Vahid Qərar Şurası”nın 15 iyul tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) baş tutacaq ictimai müzakirəsi və işçi qrupunun yaradılması haqqında dəyərləndirmələr aparılıb. İclasda AXCP yetkilisi Rafiq Daşdəmirli və AXCP təşkilat şöbəsinin sədri Kamil Babayev planlaşdırılan tədbirlər haqqında rayon şöbə sədrlərinə geniş məlumat verib.

Tədbirdə həmçinin AXCP sədr müavinləri və funksionerləri iştirak ediblər.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları