Yuxarı

Razi Nurullayevdən sərt mövqe: “10 milyon xalqı barmağına dolayanlar, cavab verəcəksiniz”

Razi Nurullayevdən sərt mövqe: “10 milyon xalqı barmağına dolayanlar, cavab verəcəksiniz”

“Tarif Şurası elektrik enerjisinin qiymətini qaldırıb və deyib ki, 10 ildir baxmamışıq, bu vaxt ərzində çox şey dəyişib. Bir də deyib ki, qiymətin qalxması 18000 min işçinin əmək haqqını qaldırmağa kömək edəcək”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev Tarif Şurası elektrik enerjisinin qiymətini qaldırmasına münasibət bildirərkən belə deyib. Məsələ ilə bağlı sərt mövqe ortaya qoyan partiya sədri bu addımın xalqın onsuz da çətin olan güzaranını daha da ağırlaşdıracağını deyib:

“Diktatura qurmağa belə hazıram. Bu xalqı və milləti xilas etmək üçün”

“Mən isə sual edirəm. 20-25 ildir eyni vəzifəni daşıyan adamlar, nazirlər, şöbə rəhbərləri, komitə sədrləri var. Onların da barəsində qərar vermək zamanı yetişməyibmi? Bəs, bu qərarı verənlərin özlərinin 10 illik müddəti çıxmayıbmı? Sizin vicdanınız və ədalətiniz haradadır? Yox olub, itib, yoxsa qərar qəbul edəndə evdə qoymuşdunuz?

Ay biçarələr, ay dünyanı və 10 milyonluq xalqı barmağına dolayanlar! Bilin, verdiyiniz hər qərarın yaratdığı çətinliklər və məşəqqətlər sizin vicdanınıza yazılır. Ən azından Allahdan qorxun.

Başqa izah tapmadınız? Xalqı özünüzə güldürürsünüz. 18000 insanın əmək haqqına 10-15 manat artıra bilərsiniz, amma siz 10 milyonluq vətəndaşları incitdiniz. Cavab verdiyiniz gün olacaq. Bəli, get-gedə qərara gəlməkdə davam edirəm ki, bu ölkəni xilas etmək üçün ən sərt diktatura qurmaq və cəmiyyəti iki il ərzində təmizləmək və sonra da üsulluca David Kameron kimi çıxıb getmək. Diktatura qurmağa belə hazıram. Bu xalqı və milləti xilas etmək üçün”.





Həftənin ən çox oxunanları