Yuxarı

Razi Nurullayevdən mətbuata təbrik: “Sizin gördüyünüz işlər Azərbaycan üçün çox önəmlidir”

Razi Nurullayevdən mətbuata təbrik: “Sizin gördüyünüz işlər Azərbaycan üçün çox önəmlidir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev Milli Mətbuat günü münasibətiylə KİV nümayəndələrini təbrik edib. Cebhe.info xəbər verir ki, AXCP sədri təbrikində Azərbaycan jurnalistikasında normal reklam bazarının, maliyyə müstəqilliyinin formalaşmasına ehtiyac olduğunu bildirib: “Hörmətli jurnalistlər və qələm əhli! Milli Mətbuat günü münasibətilə hər birinizi təbrik edir və sizə təhlükəsiz iş mühiti, asan məlumat əldə etmə imkanı və maliyyə müstəqilliyi arzulayıram. Sizin gördüyünüz işlər Azərbaycan üçün çox önəmlidir. Sizlər zəhmətiniz, araşdırmanız və yazılarınız ilə cəmiyyətə güzgü tutursunuz. Sizlərə və sizlərin timsalında mətbuatımıza zirvələrə doğru gedən yol arzulayıram. Arzu edirəm ki, Azərbaycanda doğru-dürüst reklam bazarı formalaşsın, mətbuatın da sərbəst şəkildə qazanması üçün şərait olsun. Gün o gün olsun ki, xarici ölkələrdə olduğu kimi sizlərin də özünüzə məxsus ofis binası, professional işçi heyəti və həsədlə baxdığınız son texnologiyalarınız olsun. Buna nail olmaq üçün bərabər rəqabət şəraitinin olması vacibdir. Reklam bazarı formalaşsa, ələbaxım jurnalistikadan müstəqil və daha da inkişaf etmiş mətbuat yoluna qədəm qoymaq olar. Əziz dostlar, bayramınız bir daha mübarək! Sizlərə bu əziz günümüzdə xoş xəbərlər və mükafatlar arzu edirəm”.





Həftənin ən çox oxunanları