Yuxarı

AXCP sədrindən Pakistan xalqına dəstək

AXCP sədrindən Pakistan xalqına dəstək

“Pakistanın Kvetta şəhərində törədilmiş və çoxsaylı insan tələfatına səbəb olmuş terror aktını pisləyir və dost Pakistan xalqına dərin hüznlə başsağlığı verirəm”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev deyib.

Razi Nurullayev “Bu açı xəbər məni çox üzdü. Pakistan hər zaman Azərbaycanın yanında olub, hər zaman qardaş əlini uzadıb. Buna görə də dost və qardaş Pakistanda baş verən bu dəhşətli terror bizi daha çox narahat edib. Kaş dost Pakistan xalqının bu acısını azaltmaq üçün nələrsə edə biləydik.

Bir daha dərin üzüntümü dilə gətirir və bu dəhşətli acını paylaşdığımı bildirirəm. Partiya olaraq da kömək və yardım aksiyasına da qoşulmağa hazırıq. Allahdan bütün həlak olanlara rəhmət diləyir və yaxınlarına səbr arzulayırıq”, - deyə bildirib.





Həftənin ən çox oxunanları