Yuxarı

AXCP funksioneri məmurlara səsləndi

AXCP funksioneri məmurlara səsləndi

“Ölkədə iqtisadi durum günü-gündən ağırlaşır. Loru dillə desək,səfalət, itiharlar artır. Bazar-dükan “od tutub” yanır.Xalqın gündəlik istifadə etdiyi ərzaq məhsulları bahalaşır. Məsələn, dünən1.6 manat olan düyü bu gün 6.15 manat olursa,30 qəpiklik çörək,çəkisi azalmaqla 40 qəpik,80 qəpiklik şəkər tozu 1.20 qəpiyə və digər ərzaq məhsullarının qiyməti qalxırsa, bunun adı nədir? Ölkə əhalisinin çoxu kasiblıqdan əziyyət çəkirsə, gündəlik çörək tapa bilmirsə və məmurlar tərəfindən milyardlar oğurlanırsa, bu ölkənin axırı uçurumdur”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP funksioneri Rafiq Daşdəmirli deyib. R.Daşdəmirli qeyd edib ki, işsizlik, sosial problem artdığı bir zamanda qiymətlərin bahalaşması xalqa zülmdür:

“Hökumət sözçüləri deyir ki, dollar bahalaşıb,ona görə qiymətlər artır.Bəs onda qonşu ölkələrdə niyə qiymətlər artmır? Nəyə görə bizim ölkədə süni artımlar baş alıb gedir.Çünkü hər yerdə monopoliyadır, istehsal yoxdur, qeyri-neft sektoru inkişaf etmir, gömrük ölkəyə mal gətirən iş adamının “belini qırır”. Niyə xalqı rəzil günə salırlar, məqsəd nədir?Hanı səlahiyyətli məmurlar, niyə millətə, xalqa zülm edirlər? Hərə bir padşahlıq qurub, hərəsi öz bildiyini edir.Cahangir Hacıyevin məhkəmədə açıqladığı faktlar sadəcə dəhşətdir. Bir sürücünün kartında bu qədər pul hardandır? Bank müdiri bu cür cinayətlər edirdisə, bəs onda Maliyyə Nazirliyi hara baxırdı? Belə çıxmırmı ki, o da bundan betərdir. 17 ton pul Xəzər sularında, Rusiyanın xüsusi xidmət orqanları tərəfindən tutulur. Necə olur 5 milyardı oğurlayıb, ofşora aparırlar,heç kimin xəbəri olmur.Bəs onda bir kasıb bir daxma tikəndə nə tez xəbər tuturlar?”

Rafiq Daşdəmirli deyib ki, hökumət xalqı düşünməli, bahalığa qarşı tədbirlər görməlidir:

“Kasıbın pulu hardandır ki,ərzağın qiyməti bu qədər artırılır? İşsizlik xalqı pis günə qoyub, insanlar çarəsizlikdən oturub ölümünü gözləyir. Ölüm də kazıb zümrə üçün zülmdür, əzab-əziyyət, xeyli xərcdir. Yeni dərs ili gəlir, məktəbə uşaq yollamaq valideynlər üçün bir dərd olub.Bir uşağın məktəb tədarükü 100 manatdan baha başa gəlir. Ay məmurlar, yəqin ki, xalqın gününə baxıb gülürsüz. Amma unutmayın, sizlərə də gülənlər olacaq. Az talayın, oğurladığınız pullar sizə də qismət olmayacaq”.

 





Həftənin ən çox oxunanları