Yuxarı

“Siyasi hakimiyyət çıxış yolu qoymayıb”

“Siyasi hakimiyyət çıxış yolu qoymayıb”

Razi Nurullayev: ““Sevindirici haldır ki, beynəlxalq təşkilatlar daha YAP-ın qurduğu seçki oyununda saxtakar olmaq istəmirlər” trend_pressconference_razi_240215_02 Politoloq Razi Nurulayev  AŞPA-nın seçkiöncəsi missiyası ilə görüşdə iştirak edib. Politoloq görüş haqqında təəsüratlarını cebhe.info-ya bölüşüb: “Görüş xatirinə görüş idi. Çünki, beynəlxalq təşkilatlar artıq seçimini edib və Parlament seçkiləri monitorinq olunmayacaq. Görüşdə dedim ki, Azərbaycan siyasi hakimiyyətinin azad və demokratik seçki keçirmək niyyəti yoxdur”. “Ölkədə elə bir şərait yaranıb ki, potensial namizədlərin çoxu seçkidə iştirak etmək istəmir” deyən AXCP Etimaq Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayev görüşdə bildirib ki,  ölkədə elə bir şərait yaranıb ki, potensial namizədlərin çoxu seçkidə iştirak etmək istəmir: “Ölkəni çox ağır vəziyyətə salan siyasi hakimiyyət çıxış yolu qoymayıb”. Razi Nurullayev müəyyən ümidverici nüansların olduğunu da deyib: “Sevindirici haldır ki, beynəlxalq təşkilatlar daha YAP-ın qurduğu seçki oyununda saxtakar olmaq istəmirlər”. R.Nurullayev vətəndaş cəmiyyəti barədə də fikirlərini çatdırıb: “Bildirdim ki, vətəndaş cəmiyyəti sıradan çıxarılıb və yarımcandır. Belə demək olar, o artıq yoxdur. Bir neçə dəfə eşitmişəm ki, dövlət başçısı İlham Əliyev deyir ki, vətəndaş nəzarəti lazımdır. Amma, vətəndaş cəmiyyəti öldürülübsə və son nəfəsini verirsə, önəmli vətəndaş cəmiyyəti iştirakçıları həbsə atılıbsa, vətəndaş nəzarəti haradan olacaq?”  





Həftənin ən çox oxunanları