Yuxarı

İsa Qəmbər və Mirmahmud Mirəlioğlu üçün çətin sınaq

İsa Qəmbər və Mirmahmud Mirəlioğlu üçün çətin sınaq

Növbəti seçki müxalifət liderləri üçün son ola bilər 74Azərbaycan növbəti seçki astanasındadır. 1 noyabra təyin edilən seçkilər V çağırış Milli Məclisin yeni tərkibini müəyyən edəcək. Artıq seçki ab-havası yüksələn xətt üzrə gedir. Namizədlər öz dairələrini müəyyən edib, imzatoplama kampaniyası öz axarında davam edir. Müxalif cəbhədə təmsil olunan partiyalardan bir çoxu seçkini boykot edəcəyini açıqlasa da bəziləri seçkiyə qatılır. Seçkiyə qatılan müxalif liderlər isə 125 dairə arasında eyni dairədən mübarizə aparmaq yönündə qərar qəbul ediblər. Bu gün eyni dairədən mübarizə aparan siyasi liderlərin şanslarını dəyərləndirəcəyik. 15 saylı Yasamal birinci seçki dairəsinin namizədləri arasında aparılan araşdırma onu deməyə əsas verir ki, bu dairədən məlum namizədlər arasında mübarizə açıq şəraitdə davam edəcək. Belə ki, bu dairədən namizəd olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev opponent-Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərə güzəştə getmək fikrində deyil. Müşahidələr onu deməyə əsas verir ki, bu dairədə Əli Əliyev İsa Qəmbərdən şanslı görünür. 2010-cu ilin seçkilərində olduğu kimi Müsavat və VİP sədrlərinin eyni dairədə mübarizə aparması  bu partiyalar arasında olan siyasi münasibətdən xəbər verir. Vaxtilə “Azadlıq” blokunda təmsil olunan VİP Müsavatla bir yola çıxmaqdan imtina edib. Yaradılan bloklarda, siyasi birliklərdə VİP, Müsavata əl uzatmayıb. Bugünkü durum da birbaşa onu deməyə əsas verir ki, Əli Əliyevin İsa Qəmbərdən sonra 15 saylı dairəyə üz tutması da əsassız deyil.  Əli Əliyevin İsa Qəmbərdən şanslı görünməsini  isə şərtləndirən amillər var. Belə ki İsa Qəmbər nə qədər güclü siyasətçi olsa da Nərimanov rayonunda yaşayır. Yəni, Yasamal rayonunun sakini deyil. Ötən seçkilərdə bu dairəyə üz tutan İsa Qəmbər əslində peşmanlıq hiss etsə də bunu biruzə vermədi. Ancaq indi durum fərqlidir. İsa Qəmbər başqanlıqdan gedib. Üstəlik onun siyasi çəkisi 2010-cu illə müqayisədə olunacaq səviyyədə deyil.  Bununla yanaşı partiya daxilində Arif Hacılı yönətimini bəyənməyənlər kifayət qədərdir. Bir çox müsavatçı isə Qubad İbadoğlunun təşkilatında birləşib. Gənc müsavatçılar isə Tural Abbaslının tərəfindədir.   Eyni zamanda  Yasamal müsavatçılarının İsa Qəmbəri dəstəkləmədiyi bildirilir. Ən ciddi narazılıq isə Arif Hacılının qardaşlarına yaşıl işıq yandırması, idarəçiliyi bacarmaması göstərilir. Ortada olan faktlar İsa Qəmbərin bu seçkidə yanlış dairə seçimi etdiyini ortaya qoyur. Hər halda son sözü xalq deyəcək. 43 saylı Sumqayıt üçüncü seçki dairəsində də Müsavat və KXCP arasında ciddi savaş gedəcəyi gözlənilsə də son anda Müsavatın namizədi İkram İsrafil “Azadlıq-2015” seçki blokunun təsisçilərindən biri, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun xeyrinə öz namizədliyini geri götürdü. Ancaq bu heç də seçkidə Mirmahmud Mirəlioğlunun qalib gələcəyini deməyə əsas vermir. Məlum məsələdir ki, bu gün KXCP-nin də başının üstündən qara buludlar əsir. Partiyada narazılar fraksiya yaradıb. Bu da partiya daxilində parçalanmanı şərtləndirib. Ümumən KXCP-nin siyasi arenada çəkisi ötən illər müqayisədə olduqca aşağı səviyyədədir. Sumqayıt əhalisi arasındakı nüfuzu Mirmahmud Mirəlioğluna kömək edə bilməyəcək. Ayxan





Həftənin ən çox oxunanları