Yuxarı

Əli Kərimlinin erməni-rus sevgisi

Əli Kərimlinin erməni-rus sevgisi

“Yurd” sədri “Meydan” TV-yə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb. Demək olar ki, müsahibə ərzində nə işğalçı Ermənistanı öz adıyla çağırıb, nə də işğalçıya dəstək verən və Dağlıq Qarabağ münaqişəsinin müəllifi olan Rusiyanın üzərinə kəskin formada gedib. Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında Azərbaycan hakimiyyətinin bunu hamı bilir ki, rəsmi Bakının günahı az deyil, çoxdur. Bu gün Azərbaycan hakimiyyətinin ilk vəzifəsi Dağlıq Qarabağı işğaldan azad etmək olmalıdır. Dəfələrlə Cebhe.info və “Cümhuriyət” qəzetində bu haqda yazılar dərc olunub, informasiyalar yayımlanıb. 

Eyni zamanda o da hər zaman vurğulanıb ki, bu problemin həllində ən böyük maneə Rusiya və onun imperialist siyasətini davam etdirməsidir. Azərbaycan torpaqları məhz Rusiyanın istəyi və diqtəsinə görə işğaldadır. Hakimiyyət isə Rusiyadan qorxduğu üçün bunu açıq etiraf edə bilmir. Amma Əli Kərimli Dağlıq Qarabağdan danışır, bir dəfə də olsun Rusiyanın adını çəkmir. Əgər iddia etdiyi kimi Dağlıq Qarabağ probleminə belə səmimidirsə, bütün tərəflərin günahını açıq deməlidir. Çünki Qarabağ məsələsinin həllinin tapılmamasında ən böyük səbəbkarın Rusiya və Ermənistanın inadkarlığı  və geriyə addım atmamasıyla bağlıdır. Azərbaycan hakimiyyətinin də qurduğu mexanizmin işğalçı və dəstəkçisinə qarşı təzyiq yaratmaq imkanları olduqca məhduddur. Əli Kərimli məsələyə bu prizmadan yanaşmalıdır. Dağlıq Qarabağ elə bir məsələdir ki, bunun müxalifətçiliyi olmamalıdır, xüsusilə, Rusiya və Ermənistan məsələsində həssas olmaq lazımdır. Dəfələrlə Ermənistan KİV-ləri Əli Kərimlinin Qarabağ və cəbhədəki vəziyyətlə bağlı səsləndirdiyi fikirləri tirajlayıblar. Erməni mənbələrin “Yurd” sədrinin müsahibəsi və “Feysbuk” statuslarından çıxardığı tezislər o idi ki, Dağlıq Qarabağ münaqişəsində haqsız tərəf Azərbaycandır və bu, problemi yaradan da bizik.

Səhv, yoxsa sifariş?

Müsahibədə Əli Kərimli dolayı yolla Azərbaycanı qorxaq adlandırdı. Şübhəsiz ki, cəbhə xəttində vəziyyətin yenidən gərginləşdiyi vaxt bu, Ermənistana əlavə stimul verməkdən başqa heç nəyə yaramır. Əksinə, Azərbaycan cəmiyyəti və ordusuna inamsızlıq aşılayır, ordunun gücünü xalqın nəzərində zəiflədir. Hakimiyyətdəki bir-iki nəfərə qarşı qisasçılıq və nifrət hissi hərarətini o qədər yüksəldib ki, hirsi dövlət olaraq da Azərbaycanı gözündə düşmənə çevirib. O, hər dəfə Dağlıq Qarabağdan danışanda bir-iki “səhv” buraxır, hər dəfə də özünü tənqid hədəfinə gətirir. Xarici xüsusi xidmət orqanlarının, erməni lobbisinin, vəziyyətə uyğun olaraq Azərbaycan hakimiyyətinin tapşırıqlarını yerinə yetirməsi ehtimallarını yaradır. İndi Azərbaycanı Ermənistanın qarşısında aşağılamasını təhlil edənlərin “Əli Kərimli erməni lobbisinin sifarişlərini yerinə yetirir” iddiasına qarşı söyüş və təhqir maşınlarını işə salacaq, haqsız olduğu halda özünü müdafiə etdirəcək.

Ermənilərdə yaratdığı təəssürat

Dəfələrlə Əli Kərimlinin hakimiyyət qarşısında müxalifətçilik imitasiyası etməsi, yeri gələndə iqtidara, yeri gələndə də, vəziyyətdən asılı olaraq Rusiya və İrana, əlaqələrinin olduğu tamamilə sübut olunmuş, fətullahçı terror təşkilatı FETÖ-yə işləməsi gündəmə gətirilib. İddialar, ehtimallar və bir çox hallarda dəlillər formasında olan bu ittihamlar qarşısında Əli Kərimli fəaliyyətini şəffaflaşdırmayıb. Həmişə KİV qarşısında çıxanda özünü “ələ verib”.

Çox vaxt media Əli Kərimli mövzusunu gündəmə çıxarmır, nə də müzakirə etmir. Çünki “siyasi ölü”yə çevrilmiş bu şəxs heç kəs üçün artıq maraqlı deyil. Lakin elə ki, Dağlıq Qarabağ kimi millətin həssas məsələlərinə toxunur və Azərbaycan əleyhinə təhqiramiz, alçaldıcı fikirlər səsləndirir, hamıda qıcıq yaradır. İnsanların qüruruna toxunmağı peşəyə çevirmiş “Yurd” sədri üçün şəxsi maraqları daha önəmlidir. Necə ki, sonuncu müsahibəsində səsləndirdiyi fikirlərlə ermənilərdə “Azərbaycan qorxaqdır”, “Kiçik dövlət heç vaxt öz torpaqlarını azad edə bilməz” təəssüratını formalaşdırdı. İndən sonra kim qalxıb deyə bilər ki, Əli Kərimli Azərbaycan üçün çalışır, Azərbaycanın maraqlarını müdafiə edir?

Mənsur





Həftənin ən çox oxunanları