Yuxarı

AXCP sədri: “Bakının ən görkəmli yerində Rəsulzadənin abidəsi ucaldılacaq”

AXCP sədri: “Bakının ən görkəmli yerində Rəsulzadənin abidəsi ucaldılacaq”

Böyük Məmməd Əmin Rəsulzadə yadıgarı, onun bizlərə əmanəti olan dəyərli ziyalı, hörmətli şəxsiyyət Rəis Rəsulzadənin 70 yaşı tamam olur.

Cebhe.info xəbər verir ki, AXCP sədri Razi Nurullayev bu günə diqqət çəkərək  Rəsulzadə irsinin hələ layiqli qiymətini almadığını deyib.

Partiya sədri bildirib ki,  Rəsulzadəyə hələ də heykəl ucaldılmayıb: “Rais Rəsulzadəyə sağlam və uzun ömür azulayıram. Arzu edirəm ki, sağlığında babası Rəsulzadəyə dövlət qayğısının şahidi olsun. Rəsulzadə irsi hələ ki, layiqli qiymətini almayıb, hələ ki, ona heykəl ucaldılmayıb. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan boyda bir dühadır. O, Azərbaycan Xalq Cümhuriyyətini yaratmış tarixi şəxsiyyətdir. Bu insan ölənə qədər ruhdan düşmədi, mübarizəsini apardı. Ancaq çox təəssüf ki, onun əsl qiyməti hələ də verilməyib. Biz ona hələ haqq etdiyi qiyməti verə bilməmişik”.

Partiya sədri qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə gec-tez layiq olduğu qiyməti alacaq: “Ona Bakının görkəmli yerlərindən birində abidə ucaldılacaq. Hansı ki, Azərbaycana gələn qonaqların, gənclərin ziyarətgahı olacaq. Ölkəmizə gələn qonaqların getdiyi yerlərdən biri də Məhəmməd Əmin Rəsulzadənin abidəsi olacaq. Çünki hər bir xalqın şərəfli keçmişi var. Azərbaycan xalqının da şərəfli keçmişi Məhəmməd Əmin Rəsulzadənin irsi ilə bağlıdır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları