Yuxarı

Siyasi liderlər: Kim xalqın önündə, kim xalqın yanında

Siyasi liderlər: Kim xalqın önündə, kim xalqın yanında

“Azərbaycanda müxalifət yoxdur”, “iqtidarın opponentləri çox zəifdir”, “hakimiyyətə alternativ siyasi qüvvə yoxdur” kimi fikirlər son zamanlar daha çox səslənməyə başlayıb.

Bir sıra ekspertlər mövcud siyasi müxalifətin olduqca zəif olduğunu iddia edirlər. Hazırda ölkədə qeydiyyatdan keçmiş 55 partiya fəaliyyət göstərir. Bunlardan çoxunun adı belə ictimaiyyətə tanış  deyil.  55 partiyadan barmaqla sayılacaq qədər aktiv siyasətçi var.

AXCP dövlətçi ampluada

Ötən il baş vermiş manatın ikinci deavlvasiyası mövcud siyasi müxalifətin də potensilanı üzə çıxardı. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ölkə iqtisadiyyatının böhrandan çıxarılmasını hədəfləyən 3 hissədən ibarət təkliflər paketi hazırlayaraq hökumətə təqdim etdi. Hökumətin aidiyyatı qurumlarında AXCP-nin bu təkliflərinə rəsmi cavab da verildi. Böhran dövründə hökumətin atdığı bir sıra addımlar da məhz AXCP-nin təkliflərində göstərilən istiqamətlərdə oldu. Təbii ki, hökumətin qısqanclığı burda da özünü göstərdi.

Hökumət yetkililəri AXCP-nin ideyalarına uyğun bir sıra addım atdılar, ancaq bunun kimin beyninin məhsulu olduğunu etiraf etmədilər. Təklifləri öz adlarına çıxdılar. AXCP bu dəfə də fərqli davrandı, dövlətçi mövqeyi ortaya qoydu. Hökumətin bu qısqanclığına münasibət bildirən AXCP rəsmiləri “biz bu təklifləri ona görə verdik ki, dövlətə, xalqa, millətə bir xeyri olsun. Hökumət bizim təkliflərdən istifadə edir, öz adına yazır, eybi yox. Əsas odur ki, hökumət bu addımları atsın. Bizim adımızı çəkməsə də olar”-deyə bildirdilər.

AXCP Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinə də biganə qalmadı. AXCP Qarabağ məsələsinin həlli üçün “Vahid Qərar Şurası”nın (VQŞ) yaradılması təklifilə çıxış etdi. Bu təklif ictimaiyyətdə böyük rəğbətlə qarşılandı. Ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimlər AXCP-nin bu təklifimi yüksək qiymətləndirdilər və hər kəs bu günə qədər belə bir təklifin verilmədiyini xüsusilə vurğuladı.

AXCP hökumətə təkliflər də verir, eyni zamanda aparılan yarıtmaz iqtisadi-sosial siyasəti kəskin tənqid də edir. Amma AXCP-nin tənqidinin digər iddiaçılardan fərqləndirən əsas motiv çox ciddidir.

Ölkənin problemlərini açıqlamaq, onların həllinə nail olmaq, millətin düçar olduğu sosial-ppoblemlərin həllidir. Amma digər müxalif qüvvələr tənqidi də imitasiya edir və bununla da “müxalifət imitasiyası” formalaşdırır.

Hökumətin yarıtmaz siyasəti ilə bağlı ən kəskin tənqidlər AXCP sədrinin, partiya elitasına daxil olan şəxslərin dilindən səslənib.  Bununla yanaşı AXCP digər müxalifət partiyaları kimi hökumətin uğursuzluğundan həzz alan opponentlərdən də deyil. AXCP hər hansı sahə üzrə aparılan yarıtmaz siyasəti tənqid etməklə yanaşı çıxış yollarını da göstərir.

AXCP sədrindən sərt mövqe

AXCP sədri Razi Nurullayev ölkədə baş verən problemləri mütəmadi olaraq diqqət mərkəzində saxlayır. Xalqı qayğılandıran ən xırda məsələ belə AXCP liderinin diqqətindən qaçmır. Məsələn, bir müddət öncə yağan yağışlar ölkədə, xüsusilə, Bakıda çoxsaylı problemlərin ortaya çıxmasına səbəb oldu. Paytaxt infrastrukturunun bərbad olduğu, su-kanalizasiya sisteminin yarıtmazlığı ortaya çıxdı. Bəlli oldu ki, ayrılan büdcə vəsaitləri mənimsənilib və problemlərin həlli istiqamətində barmaq-barmağa vurulmayıb. Ancaq hər seçkidə xalqın ayağına gedən siyasətçilərdən səs çıxmadı. Müxalifət partiyalarının çoxu duruma biganə qaldılar. Yalnız AXCP sədri Razi Nurullayevin təşəbbüsü ilə yağışın yaratdığı problemləri tam çılpaqlığı ilə işıqlandırdı, bütün imkanlar səfərbər edilərək, ayrı-ayrı ərazilərdən əyani olaraq, şəkil, videoçəkilişlər təşkil edildi, yaranan problemlər ictimailəşdirildi. Problemlərin başında duran şəxslərin istefası tələb edildi. Bakı şəhərinin infrastrukturuna cavabdeh olan şəxsin - Hacıbala Abutalıbovun istefası gündəmə gətirildi. Təbii ki, bütün bunları hər bir siyasi xadim, partiya sədri edə bilərdi, ancaq müəyyən səbəblərdən etmirlər...

AXCP sədri mütəmadi olaraq hakimiyyəti, hökumət rəsmilərini yarıtmaz siyasətinə görə tənqid edir. Hakimiyyətin atdığı hər bir addımı dərindən analiz edən Razi Nurullayev  bütün bu yarıtmaz siyasətin eybəcərliklərini ictimaiyyətə açıqlayır. Mətbuatı, sosial şəbəkələri izləyən hər kəs açıq şəkildə bunun şahidi ola bilər. Hər zaman kəskin çıxışları iləAXCP sədri hökuməti ən sərt şəkildə tənqid edən siyasətçilərdəndir. Hətta Razi Nurullayev bir neçə nazir, yüksək rütbəli məmuru açıq şəkildə istefaya  çağırır və bunu mütəmadi olaraq gündəmə gətirir. Təəssüf ki, digər partiyalardan bu çağırışlar yoxdur.

“Yurd”dan “reket taktikası”

Digər partiyalarından da hökuməti tənqid edən bəyanatlar səslənir. Məsələn, son günlər Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev əsasən SOCAR-ın fəaliyyətini mətbuat vasitəsilə sərt şəkildə tənqid edir. VİP sədri günün problemlərinə də laqeyd yanaşmır. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da hakimiyyəti tənqid edən siyasətçilərdəndir. İctimaiyyətə radikal müxalifətçi kimi tanınan “Yurd” sədri Əli Kərimli isə əsasən öz maraqlarından çıxış edir. Havadarları qarşısında öz öhdəliklərini yerinə yetirənə qədər hakimiyyəti tənqid edir, əvəzini aldıqdan sonra isə məsələyə nöqtə qoyulur. “Yurd” liderinin çıxışlarında diqqəti çəkən məqamlar var. Məsələn, Əli Kərimli və onun nəzarətindəki KİV-lər, “Yurd”un sosial şəbəkələrdəki aktivləri bir nazirliyin və bir məmurun üstünə düşür, tənqid edir, əleyhinə qara piar aparırlar. Günlərin bir günü bu piar dayandırırılır. Təbii ki, bunun da iki səbəbi var. Həmin məmur əlini cibinə atıb “Yurd” liderini “razı salır”. İkinci halda isə yuxarıdan, yəni, təlimatlandırıldığı məmurdan sifariş gəlir ki “bəsdi, dayandır”.

“Yurd” lideri bununla tək özünü deyil, bütünlükdə müxalifəti gözdən salır. Milli demokratik qüvvələrin, müxalifətin hazırki duruma düşməsinin başlıca səbəblərindən biri də Əli Kərimlinin zaman-zaman oynadığı bu cür oyunlar, narazı elektoratı, xalqı öz şəxsi maraqlarına qurban vermək siyasəti olub. “Yurd” lideri daim xalqın yanında olsaydı, əhalinin maraqlarından çıxış etsəydi, nə müxalifət bu vəziyyətdə olardı, nə də cəmiyyət. Bir sözlə, müqavimət məkəzlərinin sıradan çxıarılmasnda hakimiyyət texnoloqları qədər Əli Kərimli və onun “Yurd”u da böyük rol oynayıb.

Vilayət Muxtar

 





Həftənin ən çox oxunanları