Yuxarı

“Qeydə alınma şansım yüksəkdir”-Aysel Əlizadə

“Qeydə alınma şansım yüksəkdir”-Aysel Əlizadə

Aysel Elizade“Lazımı imzaları toplayıb Dairə Seçki Komissiyasına təqdim etmişəm.Qeydə alınma şansım yüksəkdir”. Bunu Cebhe.info-ya  açıqlamasında "125-lər" Siyasi Klubu təsisçilərindən biri olan Aysel Əlizadə deyib. O, fikirlərini belə əsaslandırıb: “Çünki biz o imzaları ehtiyatla və halal toplamışıq. İnsanlar o imzalarını bizə sevə-sevə veriblər. Biz MİS-dən hazır imzalar götürməmişik. Namizədliyin qeydə alınması üçün keçid imza sayı 450-dir. Biz isə 550 imza toplamışıq. Yəni bunun 450-si kəçərli sayılacaq, mən buna əminəm. DSK-nın cavabını gözləyirik”. Qeyd edək ki, yazar Aysel Əlizadə bu il noyabrın 1-də keçiriləcək 5-ci çağırış parlament seçkilərində 8 saylı Binəqədi 1-ci seçki dairəsindən namizədliyin irəli sürüb. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları