Yuxarı

AXCP sədrindən təbrik

AXCP sədrindən təbrik

“Elə Azərbaycan yaradaq ki, xalq başını dik tutaraq bayramı qeyd etsin”

AXCP sədri Razı Nurullayev Milli Dirçəliş günü ilə bağlı xalqı təbrik edib. Cebhe.info xəbər verir ki, partiya sədri bu münasibətlə xalqa ünvanladığı təbrik məktubunda bunları vurğulayıb:

“Bir çox siyasətçilər, fəallar və özündən müştəbehlər xalqı passivlikdə, haqqına sahib çıxmamaqda, dözümlü olmaqda, şahsevənlikdə və digər özlərinin hökm edə bilmədiyi sahələrin axsamasında günahlandırırlar. Bu belə deyil.1988-ci il noyabr ayında bu xalq ayaqlanaraq bütün SSRİ-yə meydan oxudu, SSRİ xalqlarının gözünün açılmasında misilsiz rol oynadı və qurbanlar verdi. Bu xalq erməni daşnaklarına qarşı bir yumruq kimi birləşdi, Qarayazı meşələrinin erməni qəsbkarları tərəfindən qırılmasına qarşı milyonlar küçələrə axışdı, yürüş etdi, tankların altına uzandı və qəsdi dayandırdı.

Bu gün əsl xalq bayramıdır. Xalq bu bayramı öz qanı və birləşmə əzmi ilə qazanıb. 1992-ci ilin 17 noyabrından bu bizim milli dirçəlişimizdir və o davam etməkdədir. O zamana qədər də davam edəcək ki, biz xalqın istəyini onun arzu və istəklərinə uyğun yarada bilək, elə Azərbaycan yaradaq ki, orada xalq bu bayramı qəlbi şad, gələcəyə ümidli və başını fəxrlə dik tutaraq qeyd edə bilsin. Əziz xalqım, bayramınız mübarək!”

Alçina Amilqızı

 





Həftənin ən çox oxunanları