Yuxarı

Suverenliyimizə real təhlükə

Suverenliyimizə  real təhlükə

 

AXCP funksioneri: “Birgə ordu haqqında saziş Azərbaycanın müstəqilliyinə təhdiddir”

Rusiya prezidenti Vladimir Putin Ermənistanla “Vahid Ordu Birləşmələri”nin yaradılması haqda bir müddət öncə əldə olunan razılaşmanı təsdiq edib. Kremlin rəsmi internet səhifəsində Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinə muqavilənin imzalanması üçün Ermənistanla danışıqlara başlanması bildirilib. Bu vahid ordu birləşmələrinin faliyyəti ilkin olaraq beş il müdddətinə nəzərdə tutulub. Birləşmənin rəhbəri iki prezident tərəfindən təyin olunur. 24 ildir müharibə şəraitində yaşadığımız Ermənistan və qonşu ölkə olan Rusiya arasında hər birləşmələrin yaradılması Azərbaycana nə vədə edir?

“Cümhuriyət” qəzetinə şərhində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) funksioneri Rafiq Daşdəmirli qeyd edib ki, bu ordu dinc vaxtı Ermənistan prezidentinə, müharibə vaxtı isə Rusiya prezidentinə tabe olacaq. Onun sözlərinə, görə bu Azərbaycanın suverenliyi üçün ciddi təhdiddir: “Bunu elə qələmə verirlər ki, guya Ermənistan müstəqil bir dövlətdir. Ancaq hər birimiz bilirik ki, Ermənistan Rusiyanın for-postudur. Hələ yaxşı bilirik ki, bir müddət bundan öncə Rusiya ermənilərə “İskəndər” raketləri verib. Rusiya mütəmadi olaraq erməni ordusunu silahlandırır. Rusiyanın bir ordusu Ermənistandadır. Ermənilər 20 faiz torpaqlarımızı işğal ediblər. Uzun müddətdir danışıqlar prosesi gedir ancaq heç bir nəticə yoxdur. Biz hər zaman torpaqlarımızı azad etməyə hazırıq, amma Rusiyanın bu addımı cox pis və yolverilməzdir. Rusiya bizim yaxın qonşumuzdur. Rusiya ilə əlaqələrimiz heç də pis deyil. İndi yaxın əlaqələrimiz olan dönəmdə Rusiyanın Ermənistanla bu formatda ordu birləşməsi yaratması Azərbaycanla vəziyyətin ağırlaşmasına gətirib çıxaracaq. Belə çıxır ki, biz gərək bundan sonra ermənilərlə yox, Rusiya ilə torpaqlarımızın azad olunması haqda danışıqlar aparaq. Bu çox ciddi məsələdir. Müstəqil Azərbaycan dövlətinə birbaşa təhdiddir. Hər kəsə məlumdur ki Ermənistanla müharibə şəraiti davam edir. Bu sərəncamla bağlı Azərbaycan hakimiyyəti birbaşa Xarici İşlər Nazirliyi səviyyəsində münasibət bildirilməlidir. Əgər bu sorğu istədiyimiz məcrada olmasa təbii ki, bizim dövlət də alternativ olaraq qardaş Türkiyə dövləti ilə eyni məzmunlu saziş imzalamağa çalışmalıdır. Hər bir halda Türkiyə NATO-nun üzvüdür. Bu bizim üçün həm faydalı, həm də strateji əhəmiyyətli olar. Dövlətin müstəqilliyi şübhə altındadırsa bu cür biz də qarşı tərəfə gərəkən cavabı verməliyik”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları