Yuxarı

“Yurd” döyüşə “qocanı” göndərir

“Yurd” döyüşə  “qocanı” göndərir

 

Xədicə İsmayılın ifşaedici açıqlamalarına Cəmil Həsənli cavab verib

“Yurd”un mübhəm susqunluğu

Araşdırmaçı jurnalist Xədicə İsmayılın “Yurd” sədri Əli Kərimlini, Müsavat başqanı Arif Hacılını hakimiyyətə işləməkdə suçlandırması “siyasi mühacir” biznesi ilə məşğul olanları hərəkətə gətirib. Maraqlı burasıdır ki, Xədicə İsmayılın bu etirafına cavab Milli Şuradan gəlib. Belə ki, Milli Şuranın sədri Cəmil Həsənli X.İsmayılın dediklərinin həqiqətə uyğun olmadığını deyib.

“Yurd”çular isə sədr də daxil olmaqla susmağı daha üstün tutublar. Bu isə deyilənlərin əslində həqiqət olduğunu bir daha sübut edir. Qeyd edək ki, bu 3 nəfər arasında baş verən “davalar” hər zaman olduğu kimi, yenə də siyasi məhbus siyahısı üstündədir. Mühacir biznesinin “xammalı” hesab olunan siyasi məhbus siyahısı radikal müxalifətin əsas gəlir mənbəyidir. Xədicə İsmayılın səsləndirdiyi etiraflar isə yenidən “Yurd”-Müsavat qarşıdurmasına çevrilib. İldə iki dəfə “sezon vaxtı” müxtəlif bəhanələrlə qırğına çıxan radikal müxalifətin əslində bununla özlərini ifşa edirlər. Ancaq “mühacir biznesi”ndən gələn pul gözlərini elə tutub ki, bir-birinin əslində nəyə və kimə qulluq etdiklərini açıq şəkildə dilə gətirirlər.

Xədicə İsmayılın səsləndirdiyi fikirlərdə maraqlı detallardan biri də bütün bunları Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində keçirdiyi gizli görüşdə  deməsidir. Qeyd edək ki, məlumatlarda bildirilir ki, Xədicə İsmayıl Əli Kərimli və Arif Hacılının hakimiyyətə işlədiyini deyib və “onlara qrant verməsin” deyə çağırış edib.

Burdan da məlum olur ki, radikal müxalifət uzun illərdir xalqı aldadır və həm hakimiyyətdəki bəzi qüvvələr, həm də mahiyyəti məlum olmayan xarici “diplomat”lar tərəfindən maliyyələşdirilir. Uzun illərdir ki, siyasi məhbuslar üzərindən pul qazanan radikal müxalifət indi də X.İsmayılın timsalında özünü öz havadarlarına “göstərir”.

Professor Əli Kərimlinin mətbuat katibi rolunda

Əli Kərimli isə yenə də çalışır ki, sudan quru çıxsın. Ona görə də susmaq qərarına gəlib. Əslində burda artıq onun tərəfindən danışılası söz də qalmayıb. Çünki Əli Kərimlini elə öz adamı, uzun illər birgə çalışdığı Xədicə İsmayıl ifşa edib. Əli Kərimlinin əvəzindən isə Cəmil Həsənli danışır. Milli Şuranın yaradılmasında məqsəd də elə bu idi ki, “Yurd” sədrinin biznesinə dəstək versin. “Demokratik Qüvvələrin Milli Şurası” adı altında birləşən bu deskruktiv qüvvələr yalnız Əli Kərimlinin PR işlərini görməklə məşğuldurlar. Sədrindən tutmuş xırda üzvlərinə qədər hər kəs Əli Kərimlinin proqramları əsasında fəaliyyət göstərir.

İndi Müsavat-“Yurd” qarşıdurmasının kökündə də Əli Kərimlinin rəhbərlik etdiyi biznesi dayanır. Milli Şura və “yurd”çular səfərbər olub ki, hər kəsin məhz Müsavatı hakimiyyətə işləməkdə günahlandırsınlar. Amma vəziyyət əslində hər kəsə bəllidir. Radikal müxalifət olan həm “Yurd” sədri, həm də Müsavat başqanı hakimiyyətə işləyir. Maraqlıdır Xədicə İsmayılın bu açıqlamalarından sonra “dava” “Yurd”la Müsavat arasında düşüb. Məsələni gündəmə gətirən Xədicə İsmayıl isə kənarda qalıb.

Çünki onlar özləri də bilir ki, Xədicə İsmayıl düz deyir. Axı hər zaman birlikdə iş görüblər. İndi isə pul onları ayrı salıb. Hər kəs öz cibini düşünür və bir-birinə heç nə vermək istəmirlər. Ona görə də, vaxtı ilə eyni biznesə rəhbərlik edən şəxslər indi “üz-göz” olurlar. Yəqin ki, yuxarıdan gələni tələblər belədir.

Hakimiyyətdaxili çəkişmələr radikal müxalifəti də ayrı salıb. Çünki hər kəs fərqli dairələrin maraqlarına xidmət edir. Maraqlar toqquşanda isə bir-birini açıq şəkildə ifşa edirlər.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları