Yuxarı

AXCP sədri çıxış yolu göstərdi

AXCP sədri çıxış yolu göstərdi

“Qara bazar” Marsda yaranmayıb ki? Xalqda, alverçidə milyonlarla dollar haradandır ki, “qara bazar” yaratsın? “Qara bazar”ı yaradanlar elə qara niyyətli insanlardır. Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev deyib. AXCP sədri qeyd edib ki, “qara bazar”ın qarşısını almaq üçün günahkarların həbs olunması vacibdir: “Uşaq olanda televizorda danışan hökumət adamlarına, alimlərə, müəllimlərə, professorlara həsədlə baxardım. Elə bilirdim ki, onlar ilahi qüvvə, təmizlik mücəssiməsidirlər. Tələbə oldum, həmin o "təmizlik mücəssimələri"nin çirkaba bulaşdığına şahidlik etdim. Gördüm ki, televizorda bəlağətli danışmaqla əməldə edilənlər arasında 100 faizlik uçurum var. Çirkab pis şeydir. Bulaşdınsa, onu 70 faizini qliserinli sabun (Paltar sabunu dediyimiz sabun. Paltaryuyan maşın almağa imkanı olmayanlar hələ də paltarlarını bu sabunla yuyurlar) da təmizləyə bilməz. Manat ucuzlaşır, dollar qalxır, dollarla bərabər xalqın “qan təzyiqi” də qalxır. Ölkə isə çarəsizlik burulğanındadır. Deyirlər ki, hər çıxılmaz vəziyyətdən ən azı 3 çıxış yolu var. Buna inananaraq çox təcrübədən keçirmişik. Amma hökumətin çıxış yol tapdığını görə bilmirəm. Birinci çıxış yolu elə bir gündə yüzlərlə siyasi, məmur, vəzifəli oğrunun həbs edilməsidir. Bu baş verməyincə, Azərbaycan tam olaraq “qara bazar” olacaq. Zaman və dollar gözləmir. Hərəkətə keçmək və ola biləcək fəlakətləri indidən önləmək lazımdır”. Vilayət Muxtar Cebhe.info





Həftənin ən çox oxunanları