Yuxarı

İqtisadi böhranın şərtləndirdiyi siyasi fəallıq

İqtisadi böhranın  şərtləndirdiyi siyasi fəallıq

 \\Milli Şuranın timsalında daimi dağıdıcılıq fəaliyyəti göstərən bir qurum və orada təmsil olunanlarla hər hansı iş birliyi gözardı edilməlidir\\Azərbaycan 2017-ci ilə fundamental problemlərlə daxil oldu. Proqnozlaşdırılır ki, 2017-ci ildə ölkənin sosial-iqtisadi vəziyyəti ötən illə müqayisədə daha da ağır olacaq. Çünki büdcə gəlirləri “qara qızıl”dan 95% asılı olan Azərbaycana xaricdən valyuta daxilolmaları kəskin azalıb, əcnəbi investorlar buradakı investisiyalarını geri çəkirlər, vətəndaşlar sürətlə işsizləşir.\\Cəmiyyət üçün arzuolunmaz vəziyyət Azərbaycanı çıxılmaz dalana dirəyib və bu, böhranın dərinləşməsini labüd edir. Azərbaycanın mövcud  iqtisadi durumu müxalif siyasi qüvvələrin də meydana çıxması üçün münbit şərait yaradıb. Mövcud situasiya müxalifətə o imkanı verir ki, hakimiyyətdən narazı elektoratı öz tərəfinə çəkib, hakimiyyətlə mübarizədə nizamlı sistem yarada bilsin. Müxalifət bunu bacarsa, hakimiyyəti işlək vəziyyətə gətirməyi bacaracaq.\\Hökuməti işlək vəziyyətə gətirmək\\2018-ci ilin prezident seçkisi ili olduğunu da nəzərə alsaq, müxalif düşərgədə aktivliyin artacağı gözləniləndir. Əgər siyasi partiyalar fərdi qaydada “yol xəritəsi” seçsələr, gələn il keçiriləcək seçkilər yenə də hansısa formada hakimiyyətin xeyrinə nəticələnəcək. Azərbaycanın son 24 illik siyasət təcrübəsi göstərir ki, siyasi partiyaların ayrı-ayrılıqda hakimiyyətlə mübarizədə uğur qazanması mümkün deyil. Çünki elektorat parçalanmış vəziyyətdədir, qalan hissəsi də siyasi proseslərə etinasızdır. Yəni, müxalifət ölkədə dəyişiklik, yaxud işlək hökumət istəyitsə, elektoratı bir mərkəzə çevirməli, bir çətirin altında toplamağı bacarmalıdır. İndiki şərait də buna imkan verir. Xalq da, müxalifət də hökumətin böhran qarşısında iş əmsalının sıfırdan da aşağı olması, üstəgəl vəziyyəti hər gün pisləşdirən qərarlarından narazıdır. Müxalifət qarışıq cəmiyyətin bir hədəfi var - hökuməti işlək vəziyyətə gətirmək, yaxud hökuməti işləməyə məcbur etmək.\\Tarixi fürsət\\Müxalifət və bu düşərgəni təmsil edən siyasi partiyalar cəmiyyəti özlərinə inandırmaq və dəstəkçi kimi özünə cəlb etmək üçün keçmişdə olan bütün umu-küsülüyü, şəxsi münasibətlər zəmində olan konfliktləri bir kənara atıb, vahid mübarizə metoduna üstünlük verməlidir. Təbbi ki, bu istiqamətdə fəaliyyət zamanı dağıdıcı qüvvələrdən uzaq durmağı da bacarmalıdır. Milli Şuranın timsalında daimi dağıdıcılıq fəaliyyəti göstərən bir qrurum və orada təmsil olunanlarla hər hansı iş birliyi gözardı edilməlidir. Çünki onların olacağı hər hansı birlik öncədən dağılmağa və yeni növbəti məğlubiyyətə açar deməkdir. Ona görə də qarşısında qələbə qazanmağı hədəf qoymuş qüvvələr üçün birlik və sağlam qüvvələrin vahid mübarizə komandası yaradaraq, meydana çıxmaqdan başqa alternativi yoxdur, olmamalıdır. Əgər yeni yaradılacaq platformaya müxalifətin parçalanmasına şərait yaradan köhnə ədavətlər daşınacaqsa, növbəti fiasko rəsmiləşdiriləcək.\\Qarşıya qoyulmuş hədəf öz nişangahına vurmasa da, müxalifət və cəmiyyətin vəhdətdə olan fəallığı, hökuməti məcbur edəcək ki, ən azından öz daxilində dövlətin maraqlarına uyğun ciddi dəyişikliklər etsin. Bu zaman hökumətin getməyə məcbur olacağı dəyişiklik, sadəcə addəyişmə, yaxud büdcədən maliyyələşən alternativ strukturların yaradılması formasında olmayacaq. Yəni, indi müxalifət və cəmiyyətin hakimiyyətdən tələb etdiyi eyni istək, Azərbaycanın müstəqillik tarixində ilk böyük birləşmə üçün şərait yaradır. Demokratik qüvvələr bu tarixi fürsətdən istifadə etməyi bacarsalar, xilas ola biləcəyik, əks halda... indi bu haqda düşünmək lazım deyil.\\Mənsur





Həftənin ən çox oxunanları