Yuxarı

Rusiyadan növbəti “Qarabağ tələsi”

Rusiyadan növbəti “Qarabağ tələsi”

Moskva Azərbaycanı Avrasiya İttifaqına çəkir\\Natiq Miri: “Rusiyanın heç bir vədinə inanmaq olmaz”\\Əli Əliyev: “Moskva erməniləri qurban verməyəcək”\\Qarabağ problemi 20 ildən artıqdır ki, öz həllini tapmır. Beynəlxalq qurumlar, böyük dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və Ermənistanı işğalçı dövlət kimi tanısa da problemin həllində heç bir ciddi cəhd göstərmirlər. Bu günə qədər işğalçı Ermənistana qarşı heç bir təzyiqin şahidi olmamışıq.\\ATƏT-in Minsk Qrupu uzun illərdir ki, Qarabağ probleminin çözülməsi üçün gözəçarpacaq addım atmayıb.\\Həmsədrlər yalnız bir-iki dəfə bölgəyə “turist” səfəri etməklə işlərini bitmiş hesab edirlər. Rusiya da hər zaman olduğu kimi yenə də Qarabağ münaqişəsi üzərində Azərbaycanı təzyiq altında saxlamağa və öz maraqlarına cavab verən təşkilatlara qoşmağa çalışır. Öz hərbi müttəfiqi olan işğalçı Ermənistanı isə dəstəkləməyə davam edir. Rusiyanın apardığı ikiüzlü siyasət problemin həllini dalana dirəyir və işğalçı Ermənistana vaxt qazandırır.\\Bu dəfə də Rusiya hakim elitası öz sözlərini rusiyalı politoloq Vitali Arkovun dili ilə Azərbaycana çatdırıb. Arkov deyir ki, Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü Qarabağ probleminin çözülməsində bir yol xəritəsi olacaq. Rusiyanın Qarabağ üzərindən Azərbaycanı Avrasiya İttifaqına cəlb etməsinin arxasında hansı səbəblər dayanır? Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü doğrudanmı Qarabağ probleminin həllinə yardımçı olacaq?\\\\“Rusiyada demokratiya bərqərar olmayana qədər...”\\Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyir ki, Rusiyanın vədlərinə heç bir zaman güvənmək olmaz. Çünki Rusiya heç bir zaman özünü etibarlı tərəfdaş kimi göstərməyib: “O, baxımdan düşünürəm ki, Azərbaycan Avrasiya İttifaqına üzv olsa belə, Dağlıq Qarabağ problemi bütövlükdə öz həllini tapmayacaq. Ola bilər ki, şərti olaraq Dağlıq Qarabağ ətrafı bir neçə rayon Ermənistana təzyiqlə boşaldılsın. Amma bütövlükdə bu problemin Rusiya tərəfindən həll olunmasını gözləmirəm. \\Çünki, Dağlıq Qarabağ problemi Cənubi Qafqaz ölkəsi olan Azərbaycan və Ermənistanı rahatlıqla idarə etmək üçün yaradılıb. Ona görə də hesab edirəm ki, Dağlıq Qarabağ probleminin həll olunması üçün bütün regional münaqişələrin həll olunmasına ehtiyac var. Bunun üçünsə Rusiyada siyasi sistem tamamilə dəyişməlidir. Hesab edirəm ki, Rusiyada demokratik idarəetmə sistemi bərqərar olmayana qədər Dağlıq Qarabağ və post-sovet ərazisində olan bütün regional münaqişələr öz həllini tapmayacaq. Çünki, bu münaqişələr ona görə yaradılıb ki, Rusiya bütün zamanlarda post-sovet ölkərinə öz nəzarətini saxlaya bilsin. Bu gün də Putin hakimiyyəti üçün dəyişən heç nə yoxdur”.\\\\“Suverenliyi heç nəyə qurban vermək olmaz”\\Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev bu fikri uzun zamandır cəmiyyətə təqlid etməyə çalışıldığını deyib: “Rus politoloqun bu fikrinə ehtiyac yoxdur. Azərbaycanda partiya sədri olan deputat var ki, uzun müddətdir “Dağlıq Qarabağ məsələsi həll edilərsə, biz Avrasiya İttifaqına üzv olarıq” kimi bəyanatla çıxış edir. Bu, uzun müddətdir ki, cəmiyyətə təlqin edilən və Dağlıq Qarabağ münaqişəsinin həll yolu kimi göstərilən yanlış tezisdir. \\Bu barədə dəfələrlə demişəm ki, Azərbaycanın öz suverenliyini, müstəqilliyini Dağlıq Qarabağın qaytarılması müqabilində belə itirməsi yanlış qərardır. Bu cür yanaşma dövlət dəyərlərinə olan lazımsız münasibətdən irəli gəlir və siyasi konnektur maraqlara xidmət edir. Rusiya heç bir halda ermənilərin maraqlarını Azərbaycana qurban verməyəcək. Ancaq Azərbaycanın itirdiklərinin bir qismini qaytararaq Rusiyanın sərhədlərə nəzarəti öz üzərinə götürmək kimi planları var. Bu cür fikirlərin isə zaman-zaman səsləndirilməsi Rusiyanın dövlət maraqlarından irəli gələn addımdır”.\\Vilayət Muxtar





Həftənin ən çox oxunanları