Yuxarı

Trampdan mənfi presedent: Mediaya təzyiqlərə əsas verə bilər

Trampdan mənfi presedent: Mediaya təzyiqlərə əsas verə bilər

Zərdüşt Əlizadə: “Məmurlar Qərbə deyil, qanunlarımıza baxmalıdır”\\ABŞ prezidenti Donald Tramp ilk mətbuat konfransında yalan məlumat yaymaqda ittiham etdiyi CNN telekanalının müxbirinin sual verməsinə mane olub. Mətbuat konfransını qalmaqalla başlayan Tramp, ona sual ünvanlamaq istəyən BBC müxbirinə də icazə verməyib. Yeni ABŞ prezidenti ona sual verməyə çalışan CNN müxbirinə “xahiş edirəm sakit olun, nəzakətsizlik edirsiniz. Siz yalan xəbər yayan informasiya mənbəyisiniz. Sizə sual haqqı vermirəm”- deyə xəbərdarlıq edib.\\BBC müxbirinin Donald Trumpa cavab olaraq “xəbər şirkətinə hücum edirsiniz”-deməsinə yeni ABŞ prezidenti, “sizin şirkətiniz bərbad gündədir”- cavabını verib. Donald Trampın qalmaqallı mətbuat konfransı ABŞ tarixində prezidentin mediaya qarşı ən qərəzli davranışlarından biri kimi yadda qalıb. Dünyada söz və mətbuat azadlğının müdafiəsinin əsas təminatçılarından biri olan Amerika dövlətinin prezidentinin belə davranış nümayiş etməsi beynəlxalq səviyyədə rezonans doğurub. İlkin ehtimallara görə, qeyri-adi hərəkətləri ilə seçilən Donald Trampın jurnalistlərə qarşı kobud davranışı medianın sərt tənqidinə məruz qalacaq. ABŞ demokratik, hüquqi dövlət olduğundan prezident siyasi istıyi ilə söz və ifadə azadlığını məhdudlaşdıra bilməz. Prezident Trampın fəaliyyəti söz və mətbuat azadlğı sahəsində qanunvericiliyin pozulmasına səbəb ola bilər.\\Ona görə də çox güman ki, ABŞ-ın dövlət başçısı bundan sonra jurnalistlərə qarşı davranışına diqqət yetirməli olacaq. Ancaq D.Trampın media nümayəndələrinin təqibə məruz qaldığı ölkələrdə “yaxşı bəhanə”yə çevrilə bilər. Qərbin insan hüquqlarına və söz azadlığına hörmətlə yanaşmaq tələbi qarşısında avtoritar rejimlər ABŞ prezidentinin özünün jurnalistləri təhqir etdiyini təbliğat ruporuna çevirə bilərlər. Bu isə dünyada KİV-lərə qarşı təzyiqlərin artması üçün mənfi presedent yaradılması təhlükəsindən xəbər verir.\\“Jurnalist özünü qərəzli aparırsa...”\\\\Politoloq Zərdüşt Əlizadənin fikrincə, Tramp söz azadlığına qarşı həqarət nümayiş etdirməyib. Demokratik ölkələrdə belə halların baş verməsi normal haldır. Azərbaycan kimi ölkələrdə isə jurnalistlərin təzyiqə məruz qalması D.Trampın çıxışı ilə bağlı deyil: “Bəyəm Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov jurnalisti təhqir etməsi Trampla bağlı idi? Yoxsa Bahəddin Həziyevi Trampın təsiri altında ölümcül döymüşdülər? Amerika təcrübəsində jurnalistlərə böyük hörmət var. Onlar özlərini hörmətsiz aparanda onlara qarşı da hörmətsiz davranırlar. \\Mən əminəm ki, Amerika mediasında elə hörmətli şəxslər var ki, onlar içəri girəndə Donald Tramp da başqaları da ayağa durur. Əgər jurnalist qərəzli siyasi məqsədlə məlumatlar yayırsa, onu təhqir edirsə, ona nə siyasətçi, nə də cəmiyyət hörmət qoymur. Azərbaycanda jurnalistlərə münasibət isə Sovet cəmiyyətinin ənənələrindən irəli gəlir. Azərbaycan məmurları media hüquqlarına hörmət etmək istəyirsə, Qərbə deyil, ölkəmizin qanunlarına baxmalıdır”.\\Müşfiq Abdulla





Həftənin ən çox oxunanları